Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Elm Yurdu” İB Qaxda “Tolerantlıq - əxlaqi davranış və mədəniyyət məsələsi kimi” elmi-praktik konfrans keçirib
05.09.14 21:18

04 sentyabr 2014-cü il tarixdə Qax rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin (EYSAİB) “Tolerantlıq - əxlaqi davranış və mədəniyyət məsələsi kimi” mövzusunda elmi-praktik konfransı keçirilib.Rayonun Mədəniyyət Mərkəzində baş tutan konfransda Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən müxtəlif dini icma üzvləri və ziyalılar iştirak edib. EYSAİB-in icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru Kamran Babayevin konfransı giriş sözü ilə açaraq Azərbaycanda vətəndaş-dövlət münasibətlərinin yeni mərhələyə keçdiyini, dini maariflənmə işinin dövlət səviyyəsində dəstəkləndiyini vurğulayıb. Məruzəçilərdən EYSAİB-in təsisçi həmsədri və tədris işləri üzrə sədr müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli İslam və tolerantlıq mövzulu çıxışında tolerantlığın xalqın tarixən dini və mənəvi dəyəri olduğunu xüsusi qeyd edib. Digər məruzəçi EYSAİB-in elmi işlər üzrə sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Elmir Quliyev dini radikalizmə qarşı maariflənmənin rolu mövzulu çıxışında vətəndaşların radikalizmə qarşı dini maarifləndirilməsi işində məscid imamlarının, rayonlarda dini icmaların nümayəndələrinin üzərinə böyük iş və məsuliyyət düşdüyünü bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov isə mötədilliyin radikalizm və fanatizmlə mübarizədə əsas vasitə olduğunu bildirərək, mövqeyini nəzəri müddəa və praktiki nümunələrlə əsaslandırıb. Son dövrlərdə cəmiyyətimizin bir sıra dindarları arasında yayılan təkfirin milli və dini tolerantlığımıza böyük təhlükə olduğunu deyən məruzəçi, EYSAİB-in təsisçisi və sədri, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Elşad Mahmudov problemin həlli istiqamətində doğru dini maariflənmənin vacibliyini qeyd edib. Məlumat üçün deyək ki, EYSAİB-in sözügedən mövzuda əvvəlki konfransları Qəbələdə, Qəbələ Şəhər Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində, Oğuz rayonunun Mədəniyyət Mərkəzində, Şəkidə, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilmişdi.
URL / WWW
http://www.kelam.az/news/a-7529.html