Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    “Elm Yurdu” İB Qaxda “Tolerantlıq - əxlaqi davranış və mədəniyyət məsələsi kimi” elmi-praktik konfrans keçirib
    04 sentyabr 2014-cü il tarixdə Qax rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin (EYSAİB) “Tolerantlıq - əxlaqi davranış və mədəniyyət məsələsi kimi” mövzusunda elmi-praktik konfransı keçirilib. Rayonun Mədəniyyət Mərkəzində baş tutan konfransda Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən müxtəlif dini icma üzvləri və ziyalılar iştirak edib. EYSAİB-in icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru Kamran Babayevin konfransı giriş sözü ilə açaraq Azərbaycanda vətəndaş-dövlət münasibətlərinin yeni mərhələyə keçdiyini, dini maariflənmə işinin dövlət səviyyəsində dəstəkləndiyini vurğulayıb. Məruzəçilərdən EYSAİB-in təsisçi həmsədri və tədris işləri üzrə sədr müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli İslam və tolerantlıq mövzulu çıxışında tolerantlığın xalqın tarixən dini və mənəvi dəyəri olduğunu xüsusi qeyd edib. Digər məruzəçi EYSAİB-in elmi işlər üzrə sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Elmir Quliyev dini radikalizmə qarşı maariflənmənin rolu mövzulu çıxışında vətəndaşların radikalizmə qarşı dini maarifləndirilməsi işində məscid imamlarının, rayonlarda dini icmaların nümayəndələrinin üzərinə böyük iş və məsuliyyət düşdüyünü bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov isə mötədilliyin radikalizm və fanatizmlə mübarizədə əsas vasitə olduğunu bildirərək, mövqeyini nəzəri müddəa və praktiki nümunələrlə əsaslandırıb. Son dövrlərdə cəmiyyətimizin bir sıra dindarları arasında yayılan təkfirin milli və dini tolerantlığımıza böyük təhlükə olduğunu deyən məruzəçi, EYSAİB-in təsisçisi və sədri, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Elşad Mahmudov problemin həlli istiqamətində doğru dini maariflənmənin vacibliyini qeyd edib. Məlumat üçün deyək ki, EYSAİB-in sözügedən mövzuda əvvəlki konfransları Qəbələdə, Qəbələ Şəhər Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində, Oğuz rayonunun Mədəniyyət Mərkəzində, Şəkidə, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilmişdi.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 05.09.14 | Baxılıb: 1224

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031