Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sabiq səfir: “Rumıniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir”
05.10.12 14:41

“Azərbaycan mənim ikinci vətənimdir. Mən 1998-2003-cü illər arasında burda Rumıniyanın ilk səfiri olmuşam. Azərbaycanı və Bakını çox sevirəm. Mənim vaxtımda olan Bakıyla indiki Bakının arasında çox böyük fərq var”. Bu fikirləri “KƏLAMİNFO”ya Rumıniyanın ölkəmizdəki ilk səfiri Tasin Cemil deyib. 1998-2003-cü illə Azərbaycanın bu gününü müqayisə edən sabiq səfir inanılmaz dəyişikliklərin müşahidəçisi olduğunu söyləyib: “O zamanlar Bakı hardasa haçansa sovet ölkəsi olduğunu xatırladırdı, amma indiki Bakı tamamilə bir Avropa şəhəri olub”. Rumıniya ilə Azərbaycan arasındakı münasibətlərə toxunan T.Cemil dostluq əlaqələrinin təməlinin 1998-ci ildə burda ilk dəfə səfirliyin açılması ilə qoyulduğunu bildirib və hal-hazırda Azərbaycanın Rumıniyada olan səfiri Eldar Həsənov tərəfindən bu əlaqələrin daha da yüksəldiyini dilə gətirib. İlk səfir Dağlıq Qarabağ məsələsində də ölkəsinin mövqeyinin dəyişmədiyini vurğulayıb: “Bizim Rumıniya dövləti olaraq, bu məsələdə mövqeyimiz qətidir və dəyişməz olaraq qalıb. Yəni, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir”.
URL / WWW
http://www.kelam.az/news/a-6947.html