|
“Azərbaycan mənim ikinci vətənimdir. Mən 1998-2003-cü illər arasında burda Rumıniyanın ilk səfiri olmuşam. Azərbaycanı və Bakını çox sevirəm. Mənim vaxtımda olan Bakıyla indiki Bakının arasında çox böyük fərq varâ€�. Bu fikirləri “KƏLAMİNFOâ€�ya Rumıniyanın ölkəmizdəki ilk səfiri Tasin Cemil deyib. 1998-2003-cü illə Azərbaycanın bu gününü müqayisə edən sabiq səfir inanılmaz dəyişikliklərin müşahidəçisi olduğunu söyləyib: “O zamanlar Bakı hardasa haçansa sovet ölkəsi olduğunu xatırladırdı, amma indiki Bakı tamamilə bir Avropa şəhəri olubâ€�.
Rumıniya ilə Azərbaycan arasındakı münasibətlərə toxunan T.Cemil dostluq əlaqələrinin təməlinin 1998-ci ildə burda ilk dəfə səfirliyin açılması ilə qoyulduğunu bildirib və hal-hazırda Azərbaycanın Rumıniyada olan səfiri Eldar Həsənov tərəfindən bu əlaqələrin daha da yüksəldiyini dilə gətirib. İlk səfir Dağlıq Qarabağ məsələsində də ölkəsinin mövqeyinin dəyişmədiyini vurğulayıb: “Bizim Rumıniya dövləti olaraq, bu məsələdə mövqeyimiz qətidir və dəyişməz olaraq qalıb. Yəni, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyirâ€�.
|