Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Məqalələr
» Rusiya və Qafqazın dini liderlərinin üçtərəfli görüşünün BİRGƏ BƏYANNAMƏSİ
05.01.12 20:11
Bu gün biz bir daha Qafqazda ədalətli sülhün yaradılması və münaqişələrin həllinə yardım yollarını tapmaq üçün bir araya gəldik. Əvvəlki görüşlərin ənənəsini davam etdirərək, din xadimlərinin və dindarların səylərinin bizim bölgədə vəziyyətə faydalı təsir göstərə biləcəyini bir daha təsdiq edirik.
Təəssüf ki, regionun bir çox xalqları hələ də düşmənçilik və inamsızlıq səbəbindən bir-birindən ayrı düşüblər. Biz tam həll edilməmiş münaqişələrin nəticələrinin mənfi təsirlərini üzərimizdə hiss edirik. Siyasi radikallar və sabitliyi pozmaq istəyən digər qüvvələr milli və dini fərqliliklərdən istifadə edərək özlərinin dini adət-ənənələrə kökündən yad bəyanatlarına və əməllərinə haqq qazandırmağa çalışırlar.Biz qəti şəkildə bildiririk ki, mövcud problemlərin yalnız sülh yolu və qanuni vasitələrlə həllinin tərəfdarıyıq. Siyasətçiləri Qafqazda sülhə mane olan münaqişələrin həllinə yönəlmiş dialoqlara yeni təkan verməyə çağırırıq. Dini liderlər belə bir dialoqda ciddi səylə iştirak etməyə hazırdırlar.
Postsovet məkaninda cəmiyyətin bütün təbəqələrini, o cümlədən milli azlıqları ehtiva edən inteqrasiya proseslərinə yardım etməyə, həmçinin, onların milli kimliyinin, etiqad azadlıqlarının və dini fəaliyyətlərinin təmin olunması, onlara öz mədəniyyətlərini inkişaf etdirmək və dillərini qorumaq işində yardımçı olmağa çağırırıq. Qaçqın və məcburi köçkünlərə də qayğı göstərilməsi vacibdir.
Hesab edirik ki, media, xüsusilə elektron informasiya vasitələri dinlərarası və millətlərarası əməkdaşlığa dəstək olmaq yönundə az iş görürlər. Geniş auditoriyaya xitab edən tribunanı düşmənçilik toxumları səpən ekstremist qüvvələrə deyil, dini və milli icmaların sülh və bir-biri ilə dialoqa meylli olan liderlərinə təqdim etmək lazımdır.
Şəhadət veririk ki, ölkələrimizin dini liderlərinin görüşü münaqişələrin yalnız silahlı mərhələsinin dayandırılmasında deyil, həm də bu münaqişələrin dinlərarası qarşıdurmaya çevrilməsinin qarşısının alınmasında az rol oynamadı.
Biz Dağlıq Qarabağ münaqişəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu çərçivəsində beynəlxalq hüquq bazasında sülh yolu ilə həlli üçün vasitəçilik səylərinin davam etdirməsini vacib hesab edirik. Xüsusi qeyd edirik ki, münaqişənin sülh yolu ilə nizamlanması atəşkəs rejiminin və qarşılıqlı etimadın möhkəmləndirilməsi yönündə davamlı səy tələb edir. Əsirlərin mübadiləsi və meyitlərin qaytarılması haqqında sazişlərin əldə olunmasını alqışlayaraq, münaqişə tərəflərini regionda sülh və sabitlik istəklərində, beynəlxalq hüququn qəbul edilmiş normalarına riayətdə ardıcıl olmalarını təsdiqləməyə, cəbhənin ön xəttində olan snayperlərin uzaqlaşdırılması barədə razılıga gəlməyə, beynəlxalq ictimaiyyət qarşısında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə ciddi şəkildə hazır olduqlarını əməldə təsdiq etməyə çağırırıq.
Tarixi və mədəniyyət abidələrinin məhv edilməsindən narahatlıq keçirən insanların həyəcanını bölüşərək, region xalqlarının mədəni irsinin bütün vasitələrlə qorunmasına hər vasitə ilə yardimçı olmaq niyyətimizi bəyan edirik.
Bizə həvalə olunan missiyasının əhəmiyyətini dərk edərək dövlət başçılarını ədavət və kinin həmişəlik keçmişdə qalması üçün səylərini əsirgəməməyə israrla səsləyirik.
Ölkələrimizin ənənəvi dinlərinin ardıcıllarına məhəbbət və sülh kəlamları ilə müraciət edirik. Ümid edirik ki, həqiqi imanlı insanlar xalqlararası münasibətlərə davamlı olaraq barış ruhu gətirəcək və dindən xoş olmayan məqsədlər üçün istifadə etmək cəhdlərinə qarşı çıxacaqlar.
Qoy bərəkətli Qafqaz torpaqlarında möhkəm və ədalətli sülh bərqərar olsun, xalqlarımıza firavanlıq və tərəqqi irs olaraq qalsın.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə
Moskva və Bütün Rusiyanın patriarxı Kirill
Bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin
URL / WWW
http://www.kelam.az/article/a-5556.html