Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Rusiya və Qafqazın dini liderlərinin üçtərəfli görüşünün BİRGƏ BƏYANNAMƏSİ
    Bu gün biz bir daha Qafqazda ədalətli sülhün yaradılması və münaqişələrin həllinə yardım yollarını tapmaq üçün bir araya gəldik. Əvvəlki görüşlərin ənənəsini davam etdirərək, din xadimlərinin və dindarların səylərinin bizim bölgədə vəziyyətə faydalı təsir göstərə biləcəyini bir daha təsdiq edirik.
    Təəssüf ki, regionun bir çox xalqları hələ də düşmənçilik və inamsızlıq səbəbindən bir-birindən ayrı düşüblər. Biz tam həll edilməmiş münaqişələrin nəticələrinin mənfi təsirlərini üzərimizdə hiss edirik. Siyasi radikallar və sabitliyi pozmaq istəyən digər qüvvələr milli və dini fərqliliklərdən istifadə edərək özlərinin dini adət-ənənələrə kökündən yad bəyanatlarına və əməllərinə haqq qazandırmağa çalışırlar.

    Biz qəti şəkildə bildiririk ki, mövcud problemlərin yalnız sülh yolu və qanuni vasitələrlə həllinin tərəfdarıyıq. Siyasətçiləri Qafqazda sülhə mane olan münaqişələrin həllinə yönəlmiş dialoqlara yeni təkan verməyə çağırırıq. Dini liderlər belə bir dialoqda ciddi səylə iştirak etməyə hazırdırlar.
    Postsovet məkaninda cəmiyyətin bütün təbəqələrini, o cümlədən milli azlıqları ehtiva edən inteqrasiya proseslərinə yardım etməyə, həmçinin, onların milli kimliyinin, etiqad azadlıqlarının və dini fəaliyyətlərinin təmin olunması, onlara öz mədəniyyətlərini inkişaf etdirmək və dillərini qorumaq işində yardımçı olmağa çağırırıq. Qaçqın və məcburi köçkünlərə də qayğı göstərilməsi vacibdir.
    Hesab edirik ki, media, xüsusilə elektron informasiya vasitələri dinlərarası və millətlərarası əməkdaşlığa dəstək olmaq yönundə az iş görürlər. Geniş auditoriyaya xitab edən tribunanı düşmənçilik toxumları səpən ekstremist qüvvələrə deyil, dini və milli icmaların sülh və bir-biri ilə dialoqa meylli olan liderlərinə təqdim etmək lazımdır.
    Şəhadət veririk ki, ölkələrimizin dini liderlərinin görüşü münaqişələrin yalnız silahlı mərhələsinin dayandırılmasında deyil, həm də bu münaqişələrin dinlərarası qarşıdurmaya çevrilməsinin qarşısının alınmasında az rol oynamadı.
    Biz Dağlıq Qarabağ münaqişəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu çərçivəsində beynəlxalq hüquq bazasında sülh yolu ilə həlli üçün vasitəçilik səylərinin davam etdirməsini vacib hesab edirik. Xüsusi qeyd edirik ki, münaqişənin sülh yolu ilə nizamlanması atəşkəs rejiminin və qarşılıqlı etimadın möhkəmləndirilməsi yönündə davamlı səy tələb edir. Əsirlərin mübadiləsi və meyitlərin qaytarılması haqqında sazişlərin əldə olunmasını alqışlayaraq, münaqişə tərəflərini regionda sülh və sabitlik istəklərində, beynəlxalq hüququn qəbul edilmiş normalarına riayətdə ardıcıl olmalarını təsdiqləməyə, cəbhənin ön xəttində olan snayperlərin uzaqlaşdırılması barədə razılıga gəlməyə, beynəlxalq ictimaiyyət qarşısında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə ciddi şəkildə hazır olduqlarını əməldə təsdiq etməyə çağırırıq.
    Tarixi və mədəniyyət abidələrinin məhv edilməsindən narahatlıq keçirən insanların həyəcanını bölüşərək, region xalqlarının mədəni irsinin bütün vasitələrlə qorunmasına hər vasitə ilə yardimçı olmaq niyyətimizi bəyan edirik.
    Bizə həvalə olunan missiyasının əhəmiyyətini dərk edərək dövlət başçılarını ədavət və kinin həmişəlik keçmişdə qalması üçün səylərini əsirgəməməyə israrla səsləyirik.
    Ölkələrimizin ənənəvi dinlərinin ardıcıllarına məhəbbət və sülh kəlamları ilə müraciət edirik. Ümid edirik ki, həqiqi imanlı insanlar xalqlararası münasibətlərə davamlı olaraq barış ruhu gətirəcək və dindən xoş olmayan məqsədlər üçün istifadə etmək cəhdlərinə qarşı çıxacaqlar.
    Qoy bərəkətli Qafqaz torpaqlarında möhkəm və ədalətli sülh bərqərar olsun, xalqlarımıza firavanlıq və tərəqqi irs olaraq qalsın.


    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə
    Moskva və Bütün Rusiyanın patriarxı Kirill
    Bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 463
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031