Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Qazi Hacı Mirəziz Seyidzadə
» Qəzəl
17.05.10 18:11
Neçə müddətdi Pünhansan nədən biganə oldun sən
Çəkildin bir xərabatə məgər divanə oldun sən
Dəmadəm zövq alaq birgə dedik eşqin şərabindən
Məni məstanə edərkən, özün məstanə oldun sən
Nədəndur tez ötüb keçdi o xurrəm bildiyim günlər
Məni şad etdiyin dəmdə, dönüb qəmxanə oldun sən
Şəfalı əllərə möhtac bu zülmət saçlarım qaldı
Gedib biganə zülfündə tədirgin şanə oldun sən
Səninçün incə hisslərdən könüldə aşiyan qurdum
Yuvam boş qaldı ey yar özgələrçün lanə oldun sən
İçərdim ləblərindən dəmbədəm abi-həyat ey gül,
Çevirdin şərbətim zəhrə, kimə peymanə oldun sən
Bir aşiq çəkməyib billah cahanda sən çəkən dərdi
Əziz Pünhan Kəlamınla dönüb əfsanə oldun sən.
URL / WWW
http://www.kelam.az/article/a-1265.html