Dəmadəm zövq alaq birgə dedik eşqin şərabindənMəni məstanə edərkən, özün məstanə oldun sən Nədəndur tez ötüb keçdi o xurrəm bildiyim günlərMəni şad etdiyin dəmdə, dönüb qəmxanə oldun sən Şəfalı əllərə möhtac bu zülmət saçlarım qaldıGedib biganə zülfündə tədirgin şanə oldun sən Səninçün incə hisslərdən könüldə aşiyan qurdumYuvam boş qaldı ey yar özgələrçün lanə oldun sən İçərdim ləblərindən dəmbədəm abi-həyat ey gül,Çevirdin şərbətim zəhrə, kimə peymanə oldun sən Bir aşiq çəkməyib billah cahanda sən çəkən dərdiƏziz Pünhan Kəlamınla dönüb əfsanə oldun sən.