Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » JuHİ Cəlilabadda “Ailə dəyərləri və “yeni media” mövzusunda Dəyirmi masa keçirib
23.06.14 18:36

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Cəlilabad şəhərində “Ailə dəyərlərinin inkişaf etdirilməsində “yeni media”nın rolu” mövzusunda dəyirmi masa keçirib. “Yeni gün” qəzetinin redaksiyasında keçirilən tədbirə Cənub bölgəsində  mövcud olan yerli KİV-lərin təmsilçiləri,  həmçinin, yerli QHT-lərin  və  ictimaiyyətin  nümayəndələri qatılıblar.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd internet istifadəçilərinin etik və hüquqi məsuliyyətləri barədə maarifləndirmə işi aparmaq, internet media resurslarının imkanlarının ailə dəyərlərinin inkişaf etdirilməsinə yönəldilməsinə yardım göstərməkdən ibarət olub.

Dəyirmi masa iştirakçılarına layihə çərçivəsində hazırlanmış “İnternet media resurslarında yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” adlı vəsait paylanıb.

Məlumat üçün qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilən  “Ailə dəyərlərinin  inkişaf etdirilməsində “yeni media”nın rolunun artırılmasına yardım “ layihəsi çərçivəsində baş tutub.

URL / WWW
http://www.kelam.az/news/a-7528.html