“Aqro Tərəqqi” İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda Azərbaycan xalqının unudulmaqda olan mənəvi və əxlaqi dəyərlərinin öyrənilməsi və təbliğinə dair təşəbbüslər” adlı layihənin icrasına başlayıb. İB-dən verilən xəbər verir ki, layihənin məqsədi mənəvi və əxlaqi dəyərlərin öyrənilməsi və onların cəmiyyətdə tətbiqinə çalışmaqdır. Eyni zamanda milli adət və ənənələrimizlə mədəni inkişafın vəhdətdə olduğunu, milli, dini, mədəni irsimizin formalaşmasına təsirini araşdırmaq və ictimaiyyətə çatdırmaqdır.
İB-dən bildiriblər ki, layihədən bütövlükdə ölkə əhalisi faydalanacaq. Layihənin icrası ilə unudulmaqda olan keçmişimizi yaşatmağa çalışılacaq. İcraçı QHT dövlətin bu sahədə gördüyü işdə ona dəstək verəcək.
Qeyd edək ki, layihə İmişli rayonunda həyata keçiriləcək.