Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hər namazdan əvvəl azan və iqamə demək lazımdırmı?
08.05.14 22:26

Əhli-sünnə məzhəbində üstün olan görüşə görə, camaat namazında azan və iqamə söyləmək təkid olunmuş sünnəti-kifayidir. Yəni camaat namazı qılan adamlardan heç biri azan və iqamə oxumasa, hamısı sünnəti tərk etmiş olar: biri oxusa, o birilərin boynundan vəzifə götürülər. Başqasının azanını eşitməyən adam üçün və təkbaşına namaz qılan adam üçün isə azan-iqamə oxumaq sünnəti-eyni olar.

Hənəfilər azanı təkid olunmuş sünnəti-kifayi bilirlər. Yəni əgər kimsə qəsdən tərk etsə, vacib əməli tərk etmiş adam qədər günah qazanar.

Hənbəlilər isə azanı fərzi-kifayi bilirlər.

Cəfəri məzhəbində əksər müctəhidlər azan və iqamə oxumağı müstəhəb bilirlər.

Ayətullahül-üzma Məkarim Şirazi xüsusilə iqamənin imkan daxilində tərk edilməməsini məsləhət bilir.

Mərhum Ayətullahül-üzma Behcət isə müstəhəb ehtiyata görə, iqamənin tərk edilməməsini buyururdu (xüsusilə sübh və məğrib namazı qılan, eləcə də, tək halda namaz qılan adam üçün).

URL / WWW
http://www.kelam.az/news/a-7522.html