Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hacı Mirəziz: "Onda bütün ərəblərin hamısı şəriət üzrə ayətullah olarlar"
30.01.14 22:16

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dini radikallarla bağlı verdiyi fətva birmənalı qarşılanmayıb. Sələfi icması bunu “anlaşılmaz” açıqlayıb. İlahiyyatçı Elşad Miri isə QMİ-ni radikallığın genişlənməsinə ittiham edərək, qurumun fətva vermək səlahiyyətinin olmadığını bəyan edib .

QMİ ilahiyyatçının ittihamlarına cavab verib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirib ki, Elşad Mirinin din adından danışmağa haqqı yoxdur: “Ona görə ki, onun bütün dövrlərdə din adından söhbət etməyi, dindarlarla danışmağı hamısı hiylə və dünya malı qazanmaq olub. Bu mətləblə ki, bir çox müxtəlif işlərlə məşğul olub. İndi beş-on kəlmə ərəb dilində bilməklə dinin şəriətini bilməz. Belə olsa onda bütün ərəblərin hamısı şəriət üzrə ayətullah olarlar. Elşad Miri başa düşməlidir k, belə işlər ona heç vaxt fayda verməz. Əgər elmi araşdırmalar bacarırsa, gedib onunla məşğul olsun, dindarlar adından söhbət etməsin. QMİ-də püxtələşən şəxsiyyətlər var, hələ Sovet dövründə onlar İslamı qoruyub saxlayıblar. Onda heç Elşad Miri yox idi”.
QMİ rəsmisi qeyd edib ki, E. Mirinin son dövrlər sayt açmaq istəməsinə və adını “Allah” qoymasına, Səudiyyə adı ilə çıxış etməsinə ixtiyarı yoxdur.
“Onun gah din pərdəsi altında, gah da elmi araşdırma adı altında fətva xarakterli sözlər və müsahibələrinin heç bir əsası yoxdur. Ümumiyyətlə, Elşad Mirinin bu formada belə söhbət etməyə heç bir haqqı yoxdur. Mən bütün dindarları onun sözlərinə uymamağa çağırıram. Lazım gəlsə, onunla teledebata çıxmağa hazırıq”-deyə o qeyd edib.
 
M. Seyidzadə vurğulayıb ki, Elşad Miri heç vaxt QMİ-nin tədbirinə dəvət olunmayıb: “O, bunu haradansa eşidib gəlirdi. O, çox can atırdı ki, tədbirlərimizdə çıxış etsin, lakin ona imkan verilmirdi. Səbəbi isə onun din savadı olmamasıdır”.
URL / WWW
http://www.kelam.az/news/a-7516.html