Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İsi Məlikzadənin “Qırmızı yağış” kitabının təqdimatı keçirilib
28.12.13 03:19

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində yazıçı İsi Məlikzadənin “Qırmızı yağış” kitabının təqdimatı keçirilib. Təqdimatda gənc şair Fərid Hüseynov, kitabın redaktoru Mübariz Rəfiyev, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, yazıçı Yusif Kərimov, mərhum yazıçının ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

“Azərbaycan ədəbiyyatında müəyyən istedadlı yazıçıların gündəmə gəlməsi üçün çalışmalıyıq. Sevinməliyik ki, Azərbaycanın İsi Məlikzadə kimi ölməz şairi var”, Fərid Hüseynov belə deyib.
Daha sonra isə “Qırmızı yağış” romanının redaktoru Mübariz Rəfiyev çıxışında vurğulayıb ki, İsi Məlikzadə Azərbaycan ədəbiyyatında 20-ci əsrin ən böyük şairlərindən biridir. M. Rəfiyev yazıçının Azərbaycan ədəbiyyatında güclü povest ustası olduğunu qeyd edib: “Bu roman İsi Məlikzadənin ən önəmli romanlarından biridir. Romanda 5 qardaş hərəsi bir xüsusiyyəti ilə fərqlənir. “Qırmızı yağış” romanı bir ailə daxilində baş verən hadisələr timsalında bütöv bir cəmiyyətin iç üzünü açır, yaltaqlığın, riyakarlığın, qorxaqlığın insanı sonda mənəvi uçuruma yuvarlanmasını göstərir. İsi Məlikzadə bu romanda öz siması, şəxsiyyəti, xarakteri olmayan insanların faciəsinin labüdlüyünü və həmin mühiti yaradan siyasi-ictimai quruluşun iç üzünü çox dəqiq detallarla əks etdirir”.
Sovetin tənqidlərinə səbəb olan bu romanın bu gün latın qrafikasında çap olunduğunu qeyd edən “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, bu gün buraya İsi Məlikzadənin irsini sevən insanlar toplaşıbsa, demək o, layiqli bir sənətkar olub: “İsi Məlikzadə povest janrının ən görkəmli nümayəndəsidir. Onun əsərlərini insanlar su kimi içirlər. Çünki həmin əsərlər dinamik formada yazılıb”. N. Məmmədli həmçinin qeyd edib ki, Azərbaycan dilində yazan yazıçılar içərisində İsi Məlikzadənin əməyi çox böyükdür: “ Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında fenomen kimi göstərilir. İ. Məlikzadənin əsərlərində toxunulan mövzular həmişə cəmiyyətdə aktual olaraq qalacaq”.
“60-cılar” cərgəsində İsi Məlikzadənin xüsusi yerinin olduğunu deyən yazıçı Yusif Kərimov onun yaradıcılığının özünəməxsus üsluba, şirin dilə və dərin mənaya malik olduğunu deyərək, xatırladıb ki, "Mozalan" satirik kinojurnalının böyük silsilə çəkilişləri məhz onun ssenarisi əsasında çəkilib.
URL / WWW
http://www.kelam.az/news/a-7515.html