Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanda interaktiv oyunlar yaradılır
12.07.13 15:17

Ramil Əliyev: “Azərbaycanda ilk dəfə olaraq azyaşlıların maariflənməsi və inkişafına yönəldilmiş interaktiv nağıllar hazırlanır”

Kompyuter Oyunları Milli Assosiasiyası Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Mədəni irs və müsir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsini həyata keçirilir. Sözügedən layihə Fondun keçirdiyi II-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir və Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə bağlı təşkil edilən çoxsaylı tədbirlərdən biridir.

Kompyuter Oyunları Milli Assosiasiyasının prezidenti Ramil Əliyevin sözlərinə görə, layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq azyaşlıların və yeniyetmələrin maariflənməsi və inkişafına yönəldilmiş interaktiv nağıllar hazırlanacaq. “Ərsəyə gətirələcək interaktiv nağıllar ilk növbədə uşaq və yeniyetmələrdən ibarət auditoriya üçün nəzərdə tutulub. Layihənin gedişatı boyunca dörd Azərbaycan nağılı üç dildə - Azərbaycan, ingilis və fransız dillərində səsləndirilir. Bu da öz növbəsində Azərbaycan mədəni irsinin daha geniş çevrədə və yeni informasiya-kommunikasiya texnologiyaları əsasında təbliğinə imkan verəcək. Animasiyalı interaktiv nağıllarını xüsusi musiqi parçaları müşayiət edəcək. Bununla yanaşı, nağılların hər biri üçün peşəkar rəssamlar tərəfindən animasiyalı rəsmlər hazırlanır” – Ramil Əliyev əlavə etdi.
İnteraktiv nağıllar dünyada geniş istifadə olunan, “touch screen” imkanlarını dəstəkləyən iOS və Android platformalarına uyğunlaşdırılacaq. Nəticədə nağılların planşet kompyuter və smartfonlar da daxil olmaqla ən müasir texnologiyaların vasitəsilə izlənilməsi mümkün olacaq.
Qeyd etmək lazımdır ki, bu layihənin unikallığı, nağılları izləyən uşağın özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss etməsi, istədiyi əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə bilməsidir. Üstəlik, nağılları səssiz izləmək də mümkün olacaq. Belə ki, uşaqlar interaktiv cizgi filminin səsini (nağılın süjetinin gedişatının audio-səslənməsinin dayandırıldıqdan sonra) tam almaqla subtitrlərin köməyilə nağılı özləri oxuya bilərlər. Bu da öz növbəsində balacaların oxumaq, təxəyyüllərini genişləndirmək və ünsiyyət yaratmaq qabiliyyətlərinin inkişafı üçün olduqca önəmlidir. Ən əsası ilə uşaqlarımız kiçik yaşlarından başlayaraq müasir informasiya-kommunikasiya texnologiyaları ilə tanış ola və onlarla işləməyi öyrənə biləcəklər.

Hazırladı
İskəndər Quliyev
URL / WWW
http://www.kelam.az/news/a-7506.html