Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ramazan ayının başlanmasının dəqiq tarixi açıqlanıb
23.05.13 20:13

Azərbaycanda Ramazan ayının başlanmasının dəqiq tarixi açıqlanıb. 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun APA-ya verdiyi məlumata görə, Ramazan ayının başlanmasını bildirən yeni ay iyulun 8-də gündüz saat 12.16-da görünəcək: “Astronomik təqvimlə həmin axşam niyyət axşamıdır, iyulun 9-dan isə orucluq başlayır”. Onun sözlərinə görə, növbəti ay avqustun 7-də gecə saat 02.52-də təzələnəcək.
Xatırladaq ki, Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda Ramazan bayramı avqustun 8-9-da qeyd olunacaq.
URL / WWW
http://www.kelam.az/news/a-7495.html