Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Xəbərlər
» Ətraf mühitə nə qədər tullantı atılıb?
19.05.13 05:28
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi
Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 16-30 aprel tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 133 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 60 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 38 iş üzrə 135900 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 5336,37 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 146 iş üzrə 21233 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına isə 26 iş göndərilib.
“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi
URL / WWW
http://www.kelam.az/news/a-7493.html