Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Xəbərlər
» İndoneziya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sazişi imzalanacaq
16.01.13 03:20
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibi marşal Eris Herryantonu qəbul edib. Ölkələrarası hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Müdafiə naziri Səfər Əbiyev qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumatlandırıb. Baş katib ölkəsi adından Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.
Görüş zamanı yaxın vaxtlarda İndoneziya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.
Görüşdə İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Proyono Atiyanto iştirak edib.
URL / WWW
http://www.kelam.az/news/a-7387.html