Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident “Gürzə” patrul maşınını idarə edib
18.12.12 00:26

Bu gün Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidenti zavodda yaradılmış şəraitlə tanış olub. Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verib ki, zavodun yaradılmasında əsas məqsəd atıcı silahların kütləvi istehsalının təşkili və modernləşdirilməsi istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması, xüsusi standartlara uyğun sınaq metodikaları və proqramlarının tələblərinə cavab verən nümunələrin hazırlanmasıdır. 

Bildirilib ki, zavod 1990-cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin “Klimat” Konstruktor Bürosu kimi fəaliyyətə başlamış, lakin lazımi avadanlıq, texniki vasitələr və kadrlarla təmin edilməmişdir. Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra isə Konstruktor Bürosunun fəaliyyəti təkmilləşdirilmişdir. Diqqətə çatdırılıb ki, müəssisə tamamilə yenidən qurulmuş, yeni inzibati bina və müasir tələblərə cavab verən istehsal, sınaq nümunələrinin yığım sahələri yaradılmış, zəruri avadanlıqla təmin edilmişdir. Müəssisənin həyətində geniş abadlıq işləri aparılmışdır. Prezident İlham Əliyev müəssisənin inzibati binasındakı Heydər Əliyev Muzeyində, tədris otağında, konstruktor şöbəsində yaradılmış şəraitlə tanış olub.  Daha sonra Azərbaycan Prezidenti zavodun emal sahəsində istehsal prosesini izlədi, yığma sahəsində silahların və hərbi texnikanın nümunələrinə baxıb. Dövlətimizin başçısı xüsusi təyinatlı “Gürzə” patrul maşınını idarə edib. Prezident İlham Əliyev zavodda yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verib.

URL / WWW
http://www.kelam.az/news/a-7308.html