Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Təhsil Nazirliyinin sifarişi ilə qısametrajlı film çəkiləcək
10.12.12 20:14

“Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” adlı qısametrajlı film çəkiləcək. Film Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan maliyyələşdirmə sazişinə əsasən “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL)” çərçivəsində çəkiləcək. Layihənin İcraçı Agentliyi kimi təyin edilən Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, məqsəd DİKPGL ilə bağlı Azərbaycan və ingilis dilində qısa metrajlı filmin hazırlanmasıdır. Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan qısametrajlı filmin hazırlanması üçün maraqlarını bildirməyə dəvət edir.Layihənin icrası 4 aydır. Xidmətlərə maraq göstərən şirkətlər müraciət məktubu, yerinə yetirilən müvafiq xidmətlərin təsviri, müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat və nizamnamə təqdim etməlidirlər. Seçim meyarları televiziya, maarifləndirmə və reklam xarakterli filmlərin çəkilişi sahəsində təcrübə, ingilis dilində video məhsulun hazırlanması üzrə təcrübə və çəkiliş və montaj üçün maddi texniki bazadan ibarətdir. Şirkətlər öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında birləşə bilərlər. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür. “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” adlı qısametrajlı filmin (Azərbaycan və ingilis dillərində) hazırlanması haqqında ətraflı məlumatın əks olunduğu Texniki Tapşırıq Sənədi www.training.gov.az internet səhifəsindən yüklənə bilər. Maraqların ifadəsi sənədi yazılı şəkildə 24 dekabr tarixinə qədər bu ünvana (Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, Əlaqələndirici şəxs: Elvin Rüstəmov, Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68).
URL / WWW
http://www.kelam.az/news/a-7297.html