Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan QHT-si ilə Cons Hopkins Universiteti arasında Memorandum imzalanıb
04.09.12 20:51

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Cons Hopkins (Johns Hopkins) Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzi arasında əməkdaşlıq haqqında ikitərəfli Memorandum imzalanıb. Məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasından veriblər. Assosiasiyanın İdarə Heyətinin sədri Nurlan Əliyevin sözlərinə görə, Memorandumun imzalanması iki təşkilat arasında uzun müddətdən bəri davam edən əməkdaşlığın nəticəsidir. N.Əliyev bildirib ki, 2008-2009-cu illərdə Assosiasiyanın bir neçə nümayəndəsi Bakıda və ABŞ-ın Baltimor şəhərində keçirilən təlim kurslarının iştirakçısı olublar: “Məhz bu kursların nəticəsində ümumilikdə keçmiş sovet respublikaları üçün yeni olan Səhiyyə Kommunikasiyası sahəsi üzrə Azərbaycanda yerli mütəxəssislərin formalaşması, bilik və bacarıqlarının inkişaf etdirilməsi mümkün olub. Başlıca məqsədi bu sahə üzrə yerli kadrların hazırlanması və əhalinin sağlamlığının qorunması olan Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının peşəkar təşkilat kimi inkişaf etməsində də Cons Hopkins Universiteti Kommunikasiya Proqramları Mərkəzi ilə əməkdaşlıq mühüm rol oynayır”. Qeyd olunub ki, iki təşkilat 2009-2010-cu illərdə həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsində də sıx əməkdaşlıq ediblər. Bununla yanaşı, Assosiasiya müxtəlif layihələrin həyata keçirilməsində Cons Hopkins Universiteti Kommunikasiya Proqramları Mərkəzinin ekspertləri ilə məsləhətləşmələr aparılıb: “İki təşkilat arasında mövcud olan möhkəm əməkdaşlığın bu Memorandum ilə rəsmiləşdirilməsi Azərbaycanda Səhiyyə Kommunikasiyasının inkişaf etdirilməsində yeni bir addımdır və ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində yeni və uğurlu layihələrin həyata keçirilməsinə kömək edəcək” - deyə N. Əliyev vurğulayıb.
URL / WWW
http://www.kelam.az/news/a-6733.html