Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Xəbərlər
» Arif Rəhimzadə: Bələdiyyələr hələ də əhalinin etimadını qazanmayıb
07.09.11 22:20
“Bələdiyyələr vergi yığmaqdan ötrü gərək öz işlərini göstərsinlər. Özlərini seçicilərə, əhaliyə gərəkli təqdim etsinlər, etimad qazansınlar. Belə olan halda insanlar vergini verəcək. Ancaq təəssüf ki, bələdiyyələr bunu edə bilmirlər. Bu, hazırda bələdiyyələrin fəaliyyətində olan problemlərdən biridir”. KƏLAMİNFO” xəbər verir ki, bunu Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə deyib. A.Rəhimzadə əlavə edib ki, digər tərəfdən, bələdiyyədən asılı olmayan problemlər də mövcuddur: “Məsələn, bələdiyyə əmlak vergisi yığmaqdan ötrü o əmlakın dəyəri məlum olmalıdır. Hazırda daşınmaz əmlakın qiymətləndirilməsi aparılmayıb, rəqəmlər məlum deyil. Tutulacaq rəqəmin nə qədər olması da bilinmir. Odur ki, bələdiyyələr böyük çətinliklər çəkirlər. Kim nə qədər əmlak vergisi verirsə, bələdiyyələr yalnız ona “sağ ol” deyir və onunla kifayətlənir”.
URL / WWW
http://www.kelam.az/news/a-4368.html