Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Xəbərlər
» Qatıq istehsalçısı 3,8 min manat cərimələnib
06.05.11 20:04
“Amal” firmasına 3,8 min manatlıq maliyyə sanksiyası tətbiq edilib. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, bir müddət əvvəl Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 84 ünvanında “Amal” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 3,2 faiz olan qatıqların üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, dovğa və pəhriz kəsmiyinin etiketində istehsal və son istifadə tarixlərinin göstərilməməsi, həmçinin həmin məhsulların müvafiq reseptura olmadan istehsal edilməsi aşkarlanıb. Bu səbəbdən də firma barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə firma cərimələnib.
URL / WWW
http://www.kelam.az/news/a-3418.html