Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Musa Qasımlı: “Azərbaycan ayırıcı yox, birləşdirici dövlətdir”
29.11.10 19:03

Öz xarici siyasətində Azərbaycan ayırıcı yox, birləşdirici dövlətdir. Ona görə də heç ağlabatan deyil ki, rəsmi Bakının apardığı beynəlxalq siyasət hansısa dövlətlə münasibətlərin soyuqluğuna gətirib çıxarsın. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib.Onun fikirincə, Azərbaycanın son günlər Xəzərlə bağlı İranla intensivləşdirdiyi xarici siyasət heç də, ABŞ-a qarşı yönəlmiş addım deyil. “Bunu rəsmi Vaşinqton da bilir. Çünki, Xəzərin ehtiyatlarından birgə istifadə etmək üçün ölkəmizin bir-neçə ABŞ şirkətləri ilə əməkdaşlığı var. Azərbaycan ərazicə kiçik olmasına baxmayaraq böyük dövlətləri əməkdaşlığa cəlb edən gücdür. Burada onun təbii resursları ilə yanaşı beynəlxalq siyasətdə tutduğu mövqe də əhəmiyyətli rol oynayır. Azərbaycan həmçinin, beynəlxalq əməkdaşlıq sayəsində çalışır ki, ən böyük problemi olan Dağlıq Qarabağ problemini də sülh yolu ilə həll etsin. İranla edilən əməkdaşlıqda bu nümunələrdən biridir. Ona görə də, bəzi qüvvələrin buna anti-amerikan don geyindirməsi sadəcə təxribatdır”,-deyə M.Qasımlı vurğulayıb.
URL / WWW
http://www.kelam.az/news/a-2322.html