Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Almaniya millimizi darmadağın etdi
08.09.10 17:23

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilk oyununu keçirib. KƏLAMİNFO xəbər verir ki, Köln şəhərindəki “Reynenerqiştadium”da Almaniya yığması ilə qarşılaşan millimiz 1:6 hesablı məğlubiyyətə uğrayıb. Hesabı 28-ci dəqiqədə Heyko Vesterman açıb. 45+1-ci dəqiqədə Lukas Podolski, 45+2-ci dəqiqədə isə Miroslav Kloze fərqlənib. 53-cü dəqiqədə Rəşad Sadıqovun avtoqolu hesabı 4:0-a çatdırıb. 4 dəqiqə sonra Vaqif Cavadov buraxılan qollardan birinin əvəzini çıxıb. 86-cı dəqiqədə Holqer Badştuber fərqlənib. Oyunun yekun hesabını isə hakimin qarşılaşmanın əsas vaxtına əlavə etdiyi 2-ci dəqiqədə dublunu rəsmiləşdirən Miroslav Kloze müəyyənləşdirib.
URL / WWW
http://www.kelam.az/news/a-1799.html