|
Aprelin 15-17-i tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağına universitet statusu verilməsinin 10 illiyinə həsr olunan “Xarici dillərin tədrisinin aktual problemləriâ€� mövzusunda III Respublika elmi konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər.
Konfransda “Xarici dillərin tədrisində müasir texnologiyalardan istifadəâ€�, “Xarici dillərin tədrisinin nəzəri və praktik məsələləriâ€�, “Kommunikativ dilçilikâ€�, “Xarici dillərin mədəniyyətlərarası kommunikasiyada roluâ€�, “Xarici ölkə ədəbiyyatının tədrisi problemləriâ€� bölmələrində müzakirələr aparılacaq və ümumilikdə 181 məruzə dinləniləcək.
|