|
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında keçirilən növbəti interaktiv sorğu başa çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan veriblər.
Bu dəfəki sorğu zamanı respondentlərə “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmiâ€� sualı ünvanlanıb. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 51,6%-i sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirib. Sorğuya qatılanların 38,1%-i isə “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmiâ€� sualına “xeyrâ€�, 10,3% isə “ehtiyac görmürəmâ€� cavabını veriblər.
Ümumilikdə respondentlərin sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirənlərlə (51,6%), bunun əksini vurğulayanlar (48,4% - 38,1% “xeyrâ€�; 10,3% “ehtiyac görmürəmâ€�) arasında fərq o qədər də böyük deyil.
Qeyd edək ki, hər bir insan harada çalışmasından asılı olmayaraq, sosial sığortaolunmağa çalışmalı və maraq göstərməlidir. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqındaâ€� Qanuna əsasən, əmək pensiyaları fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Bu o deməkdir ki, pensiyanızın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılıdır.
|