Avropa Birliyi ilə əməkdaşlığı genişləndirmək Azərbaycan üçün çox vacibdir. Bu fikirləri keçirdiyi mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.
“Şərq tərəfdaşlığı” proqramı çərçivəsində dekabrın 8-i Brüsseldə növbəti yığıncağın keçiriləcəyini açıqlayan E.Məmmədyarov bildirib ki, Azərbaycan-Avropa Birliyi əməkdaşlığı məsələsi orada da müzakirə olunacaq. O, ölkəmizin AB ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
|