|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdləri üçün İngilis dili və Ədəbiyyat fənləri üzrə vəsaitlər çap edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
İngilis dilindən təqdim olunan vəsait orta ümumtəhsil məktəbləri üçün qüvvədə olan tədris proqramı əsasında hazırlanmış və qəbul proqramına tam uyğundur. Vəsait üç hissədən ibarətdir: fonetika, morfologiya və sintaksis.
Qəbul imtahanlarına hazırlaşmaqda, bütövlukdə orta məktəbdə ədəbiyyat tədrisinin yaxşılaşmasında “Ədəbiyyatâ€� adlı vəsait abituriyentlərə, orta məktəb şagirdlərinə, Azərbaycan dili və ədəbiyyat muəllimlərinə təqdim edilir.
Vəsait Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri üçün ədəbiyyatdan tədris proqramına və TQDK-nın qəbul proqramına uyğun hazırlanıb.
|