|
Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara əlavə və dəyişiklik edildi. KƏLAMİNFO xəbər verir ki, iclasda əvvəlcə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqındaâ€� Konstitusiya qanun layihəsi müzakirə olundu. Sənədi millət vəkillərinin diqqətinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov təqdim etdi.
İclasda 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində qəbul edilmiş “AR Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqındaâ€� AR Referendum Aktının tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqındaâ€� Konstitusiya Qanununa dəyişiklik edilməsi barədəâ€�, “AR Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədəâ€�, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqındaâ€� Qanun layihələri müzakirə olundu.
Parlamentdə həmçinin Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti A.Lukaşenkonun Birgə Bəyannaməsi, Azərbaycan və Sloveniya prezidentlərinin birgə Bəyannaməsini, Azərbaycan hökuməti və Sloveniya hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında Sazişi ratifikasiya etdi.
|