Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Elektron xidmətlər və problemlər

    Azərbaycanda baş verən rəqəmsal inkişaf prosesləri sürətlə davam edir. Gündəlik televiziya, sayt xəbərlərində, reklamlarda şəffaf, səmərəli xidmət, sosial məmnuniyyətin təminatı, elektron xidmət, elektron vasitə, mobil tərtibat, elektron sənəd mübadiləsi kimi başlıqlar oxuyur, izləyirik. Hər birimizə məlumdur ki, bu rəqəmsal dəyişiklər "Elektron hökumət" quruculuğu çərçivəsində gerçəkləşdirilir. Hazırda bir çoxlarımız bu quruculuğun formalaşdırıcısı, istifadəçisi, inkişaf etdiricisi, tənqidçisi, təqdir edicisi və s. bir sözlə, heç bir elektron vasitədən istifadə etməyənlər belə, hansısa şəkildə rəqəmsal cəmiyyətin üzvüdür, tərkib hissəsidir.

     

    "Elektron hökumət" quruculuğu sahəsində görülən  işlər beynəlxalq aləmdə də diqqətlə izlənilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları Türkiyədə, Avropada təşkil olunan tədbirlərdə təmsil olunur, dövlətimizin "Elektron hökumət" quruculuğu sahəsində gördüyü işlər haqqında tədbir iştirakçılarına məlumat verirlər. Qürurverici haldır ki "Elektron hökumət" quruculuğu sahəsindəki uğurlarımız digər dövlətlərin də diqqətini cəlb edib. Bu gün artıq Albaniya dövləti Azərbaycan Respublikasının təcrübəsindən yararlanmaq istəyir. Artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2020-ci ilədək əhaliyə təqdim olunan xidmətləri “Elektron hökumət” www.e-gov.az portalı vasitəsi ilə həyata keçirməyi planlaşdırır. 

     

    Elektron xidmətlərin sayı  artır 

     

    Azərbaycanda elektron xidmətlərin  getdikcə sayı da  artır. Belə ki,  bundan sonra Azərsu" ASC-nin abonentləri sudan istifadəyə görə borcun olması barədə arayışı elektron formada əldə edə biləcəklər.  ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki,  elektron arayışın əldə edilməsi xidmətindən yaxın vaxtlarda istifadə etmək mümkün olacaq. Servis "Elektron hökumət" (e-gov.az) portalında əlçatan olacaq.

    Qeyd edək ki, bu prosedurun avtomatlaşdırılması abonentlərə sudan istifadəyə görə borcun olub - olmaması barədə arayışı operativ əldə etməyə imkan yaradacaq və  bu  arayışın hüquqi qüvvəsi olacaq.

    Əhali, həmçinin "Texniki şərtlər"i əldə etmək üçün elektron formada müraciət etmək imkanı qazanacaq. Bunun üçün şəxsiyyət vəsiqəsinin və daşınmaz əmlak üzrə mülkiyyət hüququ barədə sənədin surətlərini təqdim etmək lazım olacaq. 

     

    Elektron imzalarda say artımı 

     

    Elektron imzaların sayında da rəqəm dəyişikliyi özünü göstərir. May ayının  statistikasına baxsaq, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı aprellə müqayisədə 8,8 faiz artaraq 34 478 ədəd təşkil edib. 

    Belə ki, elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 20 845 ədəd düşüb, 6 099 ədəd hüquqi şəxslərə, 7 534 ədəd isə vətəndaşlara verilib.

     

    Elektron xidmətlərdən istifadə  etmək bizə  nə  qazandırır? 

     

    Qeyd edək ki, elektron xidmətlərdən istifadə  edilməsi  vətəndaşların vaxt  itkisinin qarşısını alır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi bildirir ki, bu da real haldır ki, bir çox ənənəvi xidmətlərdə hələ də sənədlərin tələbinin çoxluğu, dolayı proseslərin, əməliyyatların çoxluğu var. Kompüterin ölkəmizdə tətbiqi heç 20 ili əhatə etmir və azadlığını yeni əldə etmiş ölkə olaraq, SSRİ-nin tərkibindən çıxmış, cəsarətlə irəliyə addımlar atan, gücləndikcə daha inamla irəliləyən ölkəyə çevrildiyimizi nəzərə alsaq, bugünkü rəqəmsal prosesləri müəyyən qədər əngəlləyən və ləngidən səbəblər daha aydın görünər.

    Bütün məsələlərdə olduğu kimi, bu proseslərdə də əməkdaşlıq, əks əlaqə, qarşılıqlı işbirliyi çox önəmlidir. Bu münasibətlər çoxşaxəli və bir-birindən zəncirvari asılıdır. İstər qurumlararası, istər qurum - vətəndaşarası münasibətlər stabil şəkildə və irəliyə doğru eyni hədəfə yönəlsə məqsədəuyğun nəticələr əldə olunar.

     

    Leyla Məhərrəmova

    Bu məqalə “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirdiyi layihə çərçivəsində çap olunur. 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 06.07.15 | Baxılıb: 1664

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2026
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Avq.2026
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31