Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə
    Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü keçirildi. Görüşdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxudu.
    Dövlət başçısının məktubunda daha sonra deyilir: “Müzakirə etdiyiniz məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq xüsusi qeyd etmək lazımdır ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərmişdir. Bu mənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilmişdir. Eyni zamanda, təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşdırılması da hazırkı dövrün başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamətdə konkret addımlar atılmaqdadır”.
    Prezident İlham Əliyev bildirib ki, yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tədqiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoyub: “Ümidvaram ki, Mərkəz öz fəaliyyəti ilə insanlığın böyük mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin ümumbəşəri tarixi-mədəni və dini-mədəni dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin hazırlayacaq.
    Sürətlə qloballaşan dünyada mövcud siyasi, iqtisadi və mədəni proseslər hər bir ölkədən zamanın çağırışlarına adekvat cavab verməyi tələb edir. Bu isə dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, yeni kreativ təfəkkürün və innovativ mühitin bərqərar olunması, eləcə də insanın dini əqidəsinə hörmətlə yanaşılması, irqçiliyin və dözümsüzlüyün hər hansı təzahürünün ləğvi ilə mümkündür. İnanıram ki, sizin görüşünüz ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək və yekun qərarlarınız Avropa ailəsinin bütövlükdə inkişafına xidmət göstərəcək. Bu nəcib işdə sizə uğurlar arzulayıram!”

    Azərbaycan üzərinə düşən mənəvi borcu 
    layiqincə yerinə yetirməyə çalışır

    "Mədəniyyətlərin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi və ilkin formasıdır. Bu baxımdan dinlər arasındakı dialoqu mədəniyyətlərarası dialoqun ilkin mərhələsi və ya onu şərtləndirən əsas amil və ölçü kimi qəbul etmək olar". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün açılış mərasimində bildirib.
    DQİDK sədri deyib ki, bu gün Bakıda öz işinə başlayan mübadilə görüşü bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə və Prezident İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına ünvanlanmış müraciətində deyildiyi kimi, ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək".
    Onun sözlərinə görə, bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür. Bu baxımdan Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə və bu sahədə çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikultiralizm Mərkəzi burada yerləşir".
    M.Qurbanlı qeyd edib ki, mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə mübadilə görüşünün ölkəmizdə keçirilməsi Azərbaycan Respublikası üçün əhəmiyyətli hadisədir. Bu vacib tədbir ölkəmizin sədrlik vəzifəsini üzərinə götürməsi zamanı müəyyənləşdirdiyi əsas prioritetlərin tərkib hissəsidir: "Bu prioritetlər isə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək və ədaləti qorumaqdır. Mübadilə görüşünə ev sahibliyi etməklə biz tolerantlığın, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində bütün səylərimizi birləşdirmək məqsədimizi və bu yöndə bütün tərəflərlə əməkdaşlığa hazır olduğumuzu bəyan edirik".
    Komitə sədrinin sözlərinə görə, mədəniyyətlərarası dialoqun mühüm şərtlərindən biri etnik separatizm və dini radikalizm nəticəsində meydana çıxmış münaqişələrin həll edilməsi, eləcə də regionda və dünyada sülh və əmin-amanlığın tam bərqərar olmasıdır: "Bu baxımdan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yalnız Avropa Şurasının üzvü olan bir dövlətin digərinə təcavüzü kimi deyil, eyni zamanda, böyük regionda mədəniyyətlərarası dialoqa, demokratik Avropa dəyərlərinə, ümumbəşəri prinsiplərə, habelə sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməlidir".
    O, həmçinin əlavə edib ki, müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkə kimi Azərbaycanda müxtəlif etnik və dini qruplar sülh şəraitində birgə yaşayırlar. Tarix boyu ölkəmizdə bütün xalqları və dinlərin nümayəndələrini həmişə dostluq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb: "Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu dəyərlər sistemi daha da güclənməkdədir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan bu gün beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə bütün insan azadlıqları kimi vicdan və etiqad azadlığı da konstitusion təminat altındadır".
    M.Qurbanlı bildirib ki, bu gün Azərbaycanda bütün konfessiyaların ibadət evləri - məscid, kilsə, sinaqoq və s. azad və dözümlülük şəraitində fəaliyyət göstərir: "Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların təmir və bərpasına dəstək verməklə yanaşı, xristian və yəhudi abidələrinin restavrasiyasına da xüsusi diqqət göstərir".
    O, qeyd edib ki, bu gün Azərbaycanın əməkdaşlıq üçün böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri heç şübhəsiz Avropa Şurasıdır. İqtisadi və siyasi sahədə həyata keçirilmiş uğurlu islahatlar Azərbaycanın regionun lider dövləti kimi mövqeyinin möhkəmlənməsini təmin etməklə yanaşı, ölkəmizi böyük Avropa ailəsinin də layiqli üzvünə çevirib: "Unikal dini tolerantlıq modelinə malik olan dövlət kimi biz mədəniyyətlərarası dialoqla bağlı məsələlərə xüsusi qayğı və maraqla yanaşır, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik çərçivəsində bir çox təşəbbüslər vasitəsilə Avropada diskriminasiya və dözümsüzlüyə qarşı mübarizə istiqamətində fəaliyyətimizi davam etdiririk. Bügünkü Avropada müxtəlif tərkibli cəmiyyətlərin sayı getdikcə artır. Buna görə də bizim hökumətlərimizin diqqət ayırmalı olduğu əsas məsələ mədəni müxtəlifliyin ən yaxşı şəkildə idarə olunması, qarşılıqlı hörmət və anlaşmanın gücləndirilməsidir. Bu məsələ Avropanın iqtisadi böhranla üzləşdiyi və bəzi insanların bu sıxıntıların səbəbkarını axtardığı bir zamanda daha da aktualdır".

    Azərbaycanın uğurlarının açarı... 

    "Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Biz bu məqamı hətta xalqımızın ağır problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edirik". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası mübadilə görüşündə bildirib.
    Onun sözlərinə görə, Azərbaycanda dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: "Din xadimi olaraq şadam ki, Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Şükürlər olsun, Azərbaycan dövlət başçımızın siyasəti sayəsində Qafqazın lider dövlətinə çevrilib".
    QMİ sədri bildirib ki, dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycanın gerçəkliyidir: "Bu amala həm dövlətimiz ali qarantdır, həm də milli mentalitetimiz rəvac verir. Əlbəttə, ölkəmizin bu sahədə dünyaya örnək ola biləcək uğurlarını Azərbaycanda din-dövlət münasibələrinin düzgün qurulması şərtləndirir. Tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Müxtəlif dinlərin təmsilçiləri hər zaman bir arada olur, sevinclərini, kədərlərini bölüşür, müxtəlif məzhəblərin ardıcılları eyni məsciddə ibadət edirlər. Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir".
    A.Paşazadə qeyd edib ki, Bakı artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin bir-birinin ardınca keçirildiyi ənənəvi məkana çevrilib. Azərbaycan dünya miqyasında uğurlu dinlərarası əməkdaşlıq ənənəsinə hər zaman sadiqdir: "Müxtəlif mədəniyyətlərin bir arada olmasını o bir olan Yaradanımız özü istəyib. Bu, təqdiri-ilahidir və biz - din xadimləri bu həqiqəti sizlərə çatdırmağa məsuluq. Allah-Təala müqəddəs kitabımız Qurani-Kərimdə buyurub: "Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra bir-birinizi tanıyasınız deyə ayrı-ayrı qəbilələrə, tayfalara böldük".
    Şeyxülislamın fikrincə, Azərbaycanın uğurlarının açarı kimliyindən asılı olmayaraq, burada insanların sülh və anlaşma şəraitində yaşamasıdır: "Sizin Azərbaycan torpağında şahidi olduğunuz tərəqqi, həyatın bütün sahələrində uğurlarımızın təməlində müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməsi durur. Bu, bizim bugünkü və gələcək uğurlarımızın açarıdır".

    “Dinlərarası dialoqun 12 prinsipini 
    yerli hakimiyyət orqanları üçün qəbul etmişik”

    Avropa Şurası Yeri və Regional Hakimiyyətlər Konqresi Palatasının prezidenti Jan Klod Frekon (Jean-Klaude Frecon) çıxışında dini tolerantlığın vacibliyini qeyd edib. J. K. Frekon deyib ki, dini tolerantlıq müxtəlif böhranlar zamanı daha aktual olur və Avropa Şurası bu sahədə rolunu dərk edir: “Avropa Şurası mədəni irsin, dinlərarası dialoqun təşviqini qarşıya məqsəd qoyub. Bu dialoq yerlərdən başlanmalıdır və bütün bu məsələlərin hamısını mərkəzi hakimiyyət orqanlarının üzərinə atmaq düzgün deyil. Dinlərarası dialoqun 12 prinsipini yerli hakimiyyət orqanları üçün qəbul etmişik. Biz yüz min kilometrlərlə uzaqlıqda olmağımıza baxmayaraq, səylərimizi birləşdirməliyik, bu sahədə dərsliklər hazırlanmalıdır. Bələdiyyələr artıq bu sahədə tədbirlər keçirirlər, bu isə dini tarazlığın qorunmasına öz töhfəsini verir”.
    Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçi qrupunun sədri Luis Filipp Kastro Mendes tədris prosesində bu kimi məsələlərin qaldırılmalı olduğuna diqqət çəkib: “Bütün dövlətlər arasında tolerantlığın təbliği prosesi getməlidir. Hazırda bu proses uğurla inkişaf edir. Bəzi hallarda böyük dinlərin tədrisində böyük səhvlərə yol verilir. Bu kimi halları pisləyirik”.
    Slovakiyanın Avropa Şurasında daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin insan hüquqları üzrə məruzəçisi Draqoslav Stefanek çıxışında bildirib ki, Azərbaycan dini mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşir və görüşün bu ölkədə keçirilməsi çox mühümdür. D. Stefanekin sözlərinə görə, ekstremizm, ksenofobiya böyük təhdiddir: “Təəssüf ki, bu hallar bu gün Avropada baş verir. Ona görə də icmalar səviyyəsində Avropa miqyasında anlaşmaların gücləndirilməsi çox mühümdür. Biz bu dəyərləri müzakirə etməliyik. Avropa Şurasına hər bir üzv dövlətdə insanların bir dindən digər dinə keçməsi azadlığı təmin edilməlidir. Hər bir ayrı-seçkilik olmadan dini azadlıq təmin olunmalıdır”.
    Roma Papası yanında Mədəniyyət Şurasının üzvü Jan Loren Mazas (Jean Laurent Mazas) bəyan edib ki, Azərbaycan dinlərarası dialoqa böyük töhfələr verib. J. L. Mazas bu gün böyük narahatlıqla İraqın şimalında baş verən prosesləri izlədiklərini söyləyib: “O insanlar əcdadlarının yaşadıqları torpaqlardan kənarda qalıblar. Beynəlxalq ictimaiyyət bu humanitar böhranın aradan qaldırılmasına müdaxilə etməlidir. Artıq beynəlxalq hüququn mexanizmi işləmir, insanlar dini baxışlarına görə sistematik məhv edilir. Birinci Dünya Müharibəsindən ötən 100 il ərzində hərbi sənayemizi inkişaf etdirmişik. İnsanların bir-birinə qarşı dözümsüzlüklə yanaşdığının şahidi oluruq. Vaxt yetişib, biz ən yaxşı yolların araşdırılmasına çalışmalı, qardaşlıq prinsiplərini yaymalıyıq”.
    Fransanın İuadizm və protestant federasiyaları ilə əlaqə komissiyasının prezidenti Roland Poupin müxtəlif dinlər arasında dözümlülük münasibətləri qurmağa çalışdıqlarını vurğulayıb. Moskva Patriarxlığının Avropa Şurası yanındakı nümayəndəsi Filip Ryabıks qeyd edib ki, bu gün Avropada mədəniyyət və din arasında əlaqələrin araşdırılması çox mühümdür.
    Fransanın Strasburq şəhərinin və Aşağı Reyn əyalətinin baş ravvini, Avropa Ravvinlər Konfransının Avropa Şurasındakı nümayəndəsi Rene Gutman bildirib ki, dialoq pis əməllərin yaxşı əməllərlə əvəz olunması istiqamətində mühüm vasitədir.
    “Avropa Şurası 2008-ci ildə “Ağ kitab” hazırlayıb. Bu kitabda dini icmalar arasında dövri dialoqun aparılmasının zəruriliyi vurğulanıb”. Bunu bu gün “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni söyləyib.
    Qabriela Battani-Draqoni bildirib ki, “Ağ kitab”da hökumətlərin dini icmalar arasında dialoqun olmasına şərait yaratmasının zəruri olduğu vurğulanıb:  “Bu gün Avropada azlıqlarla bağlı düzgün olmayan ritorika mətbuatda da əksini tapır. Ədavət dözümsüzlük demokratik sabitliyə təhdid yaradır. Biz cəmiyyəti daha çox tolerant olmağa məcbur edə bilmərik. Sadəcə, qanunlar, tələblər yaratmalıyıq ki, cəmiyyət bu çərçivəyə əməl etsin. Vətəndaş cəmiyyəti institutları da sosial nizama öz töhfələrini verə bilməlidirlər”.
    O qeyd edib ki, bəzən Avropada müsəlmanlara qarşı yayılan ayrı-seçkiliyi də müzakirə etmək lazımdır: “Mədəniyyət və din arasında münasibətlər elə qurulmalıdır ki, heç kəs zorakılığa, ayrı-seçki ilə yol verməsin”.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 01.11.14 | Baxılıb: 1012

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031