Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    İB milli azlıqlardan yazan media mənsubları üçün təlim keçdi

    “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda milli azlıqların sosial-mədəni inkişafına dəstək” layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində milli azlıqlardan yazan media mənsubları üçün təlim keçirib. İB-dən verilən məlumata görə, təlimdə Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə, “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev və 10-dan çox jurnalist iştirak edib. 

    Təlimdə çıxış edən “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin sədri Ramin Hüseynov “Azərbaycanda milli azlıqların sosial-mədəni inkişafına dəstək” layihəsi barədə məlumat verib. R.Hüseynov bildirib ki, müasir zamanda Azərbaycanın mühüm reallıqlarından biri də əhalisinin çoxmillətli və çoxkonfessiyalı tərkibidir: “Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan milli azlıqlardan ibarətdir. Təkcə paytaxt Bakıda iyirmidən artıq müxtəlif mədəni mərkəz və bir sıra başqa milli icmalar fəaliyyət göstərir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır və çoxsaylı azərbaycanlılarla bərabər bütün vətəndaşlıq hüquqlarına malikdirlər”. 

    Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli bildirib ki, bu gün bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycanda milli azlıqların sosial-mədəni inkişafı sahəsində heç bir iş aparılmadığı barədə yanlış informasiyalar yayılmamqdadır: “Bəziləri “Milli azlıqlar” adı altında qruplar yaradaraq və yaxud da fərdi şəkildə milli azlıqların “problemlərini” ictimailəşdirirlər. Bu da nəticədə cəmiyyətdə dövlətin milli azlıqlara qayğı göstərməməsi təəssüratı yaradır. Əlbəttə, bu yanlış təbliğatdan qaynaqlanır. Etiraf edək ki, Azərbaycanda yaşayan xalqların mədəniyyətini, incəsənətini inkişaf və təbliğ etdirmək, qoruyub yaşatmaq məqsədilə dövlətin hazırlayıb həyata keçirdiyi bir çox işlər kifayət qədər ictimailəşdirilmir. Bu da yuxarıda qeyd etdiyim kimi, ölkədə bu kimi xalqların sosial-mədəni inkişafından ötrü dövlətin heç bir iş görməməsi anlamına gəlir. Amma əslində həqiqət belə deyil. Azərbaycanda yaşayan xalqlar maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar”. 

    Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə qeyd edib ki, əlbəttə, elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişafı problemi ilə qarşılaşmasın: “Əsas məqsəd millətin və onun mədəniyyətinin qorunması, yeni bilgilərlə zənginləşdirilməsi, həm əvvəlki, həm də indiki nəsillər tərəfindən toplanılan biliklərin gələcək nəsillər üçün qorunub saxlanılması ilə bağlıdır”. S.Verdizadə jurnalistləri milli azlıqlardan yazarkən daha diqqətli olmağa çağırıb.  

    “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklərin fəaliyyət göstərdiyini bildirib.  N.Niftiyev qeyd edib ki, Azərbaycanda yaşayan etnik icmaların  dilində  15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda, milli azlıqların etnik mədəni həyatı, etnoqrafiyası  barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. 

    Təlimin sonunda həmçinin İB tərəfindən hazırlanan “Azərbaycanlılar” - milli azlıqlarla bağlı 20 dəqiqəlik video-rolik də nümayiş etdirilib. 

    İB sədri Ramin Hüseynov video-rolik barədə geniş məlumat verib.

    Qeyd edək ki, təlimdə “İctimai Televiziya”nın, “Azadinform” İnformasiya Agentliyi, “Azərfax”, “Azneuw.az”, “Publika.az”, “Strategiya.az” internet portallarının, “Kaspi”, “Kaspiy” (rus dilli), “Palitra” qəzetlərinin, “Kəlam” elmi-ədəbi-publisistik jurnalının əməkdaşları iştirak edib.  

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 23.06.14 | Baxılıb: 1280

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031