Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Əli Həsənov: “Prezident İlham Əliyev də gəncləri hər zaman diqqət mərkəzində saxlayır”

    Bu gün Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş növbəti iclası keçirilib. AZADİNFORM xəbər verir ki, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş iclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Şuranın bu iclası daha əlamətdardır: “Çünki bu tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf edir. Heydər Əliyev gənclərə daim diqqət göstərib, onların problemlərinin həlli üçün mühüm işlər görüb”.

    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan cəmiyyətinin ən avanqard hissəsi olan gənclərin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü geniş qeyd etdiklərini diqqətə çatdırıb: “Bu, təsadüfi deyildir. Çünki ölkəmizdə digər sahələr kimi, dövlət gənclər siyasətinin də təməlini xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub”.

    Ə.Həsənov qeyd edib ki, Gənclər Fondu vasitəsilə böyük qrant layihələri həyata keçirilir və mindən artıq gənclər təşkilatına, yaxud ayrı-ayrı gənclərə qrantlar verilir: "Həmçinin cənab Prezident bütün bölgələrdə gənclər evlərinin tikintisinin dövlət proqramına daxil edilməsi barədə göstəriş verdi. Gənclər evləri bölgələrdə Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin reallaşmasını və gənclərin idarəçiliyə, istehsalata, sosial sahələrə cəlb olunmasını şərtləndirən addımlardan biridir".

    PA rəsmisi dövlətin gənclərlə bağlı siyasətinə toxunaraq bildirib ki, bu gün müxtəlif istiqamətlər üzrə dövlət gənclər siyasətinin həyata keçirilməsi təmin edilir: "Bunlardan birincisi gənclərin mənəvi-əxlaqi tərbiyəsi, mədəni həyatda iştirak məsələsidir. Ümummilli lider Heydər Əliyev həmişə bu məsələyə ciddi önəm verib, bunu bütün dövlət qurumları qarşısında ali vəzifə kimi qoyub. Əgər Azərbaycan gəncliyi bu gün bizim milli-mənəvi dəyərlərimizə, əxlaqımıza, mədəniyyətimizə, dilimizə, ümumiyyətlə, Azərbaycan dəyərlərinə sahib çıxmayacaqsa, deməli bizim millətin sabahı, gələcəyi yoxdur. Ona görə də gənclər siyasətinin, dövlət proqramlarının əsas vəzifəsi Azərbaycan gəncliyini milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək, onlarda milli irsə sahiblik hissi yaratmaq, gənclərin milli iradəsini möhkəmləndirərək Azərbaycanın gələcək taleyinin həll olunmasında onları aparıcı, avanqard bir hissəyə çevirməkdir. Bilirsiniz ki, cəmiyyətin avanqard hissəsi gənclikdir, gəncliyin də avanqard hissəsi tələbələrdir. Azərbaycan tələbələrinin ali məktəblərdə vətənpərvərlik ruhunda yetişdirilməsi, onlara milli-mənəvi dəyərlərə sahiblik hissinin aşılanması dövlət proqramının əsas vəzifələrindən biridir".

    Ə.Həsənov qeyd edib ki, dövlət proqramında qarşıya qoyulmuş əsas vəzifələrdən biri kimi istedadlı gəncləri müəyyənləşdirmək, onların bilik və bacarıqlarının inkişafına nail olmaq və bütün bunları dövlətin və millətin xidmətinə səfərbər etmək üçün gənclərə dövlətin diqqət və qayğısı həmişə yüksək olmalıdır.

    Ə.Həsənov gənclərin sağlamlığının təmin olunmasının da Azərbaycan dövlətinin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, gənclərin məşğulluğu məsələsinə toxunaraq deyib ki, əhalinin dinamik artdığı ölkələrdə məşğulluq məsələsi ciddi problemə çevrilir: "Azərbaycan əhalisinin 31 faizi, təxminən 3 milyondan artığı gənclərdir. 31 faizi işlə təmin etmək o qədər asan məsələ deyil. Amma Azərbaycan dövlətinin bütün sahələr üzrə qəbul etdiyi dövlət proqramlarında gənclərin işlə təmin olunması mühüm yer tutur. Düzdür, bu işdə müəyyən çətinliklər, problemlər ola bilər. Məsələn, bir müddət əvvəl qanunvericilik qaydasında müəyyən edildi ki, təqaüd yaşına çatan şəxslər maksimum bir ildən sonra iş yerlərini tərk etsinlər və yerlərinə gənclər cəlb olunsunlar. Amma gördünüz ki, buna qarşı cəmiyyətdə nə qədər müqavimət oldu. Yaşlı nəslin nümayəndələri öz mövqelərini belə əsaslandırırlar ki, əsl fəaliyyət 60 yaşdan sonra başlayır. Düzdür, son on ildə Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi geniş vüsət alıb. Amma bir məsələ də var ki, hər bir Azərbaycan vətəndaşı üçün yüksək təminatlı iş yeri açmaq olduqca mürəkkəb məsələdir. Ona görə də müəyyən iş yerlərində təqaüd yaşına çatmış insanların gənclərlə əvəz olunması siyasətini davam etdirmək lazımdır. Bu sahə üzrə müəyyən problemlər müşahidə olunsa da, düşünürük ki, müvafiq tədbirlər vasitəsilə ciddi irəliləyişə nail olunacaq".

    Gənc ailələrə dövlət qayğısından danışan PA rəsmisi bildirib ki, Azərbaycanda gənclərin ailə qurması tendensiyası çox sürətlə gedir: "Gənclərin ailələrinin möhkəm, gələcəkdə dayanıqlı olması, onların dağılmasının qarşısının alınması üçün gənc ailələrin sosial müdafiəsinə dəstək verilməsi dövlət siyasətinin mühüm istiqamətdir və ciddi maliyyə resursları tələb edir".

    Ə.Həsənov gənclər təşkilatlarına dəstəkdən də danışaraq deyib ki, bu təşkilatların fəaliyyətlərini stimullaşdırmaq, onlara dəstək vermək, dövlətin imkanları çərçivəsində qrantla təmin eləmək də Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin önəmli tərkib hissəsidir.


         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 08.05.14 | Baxılıb: 1208

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031