Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Türkiyə, Azərbaycan və Gürcüstanın müttəfiqlik sammiti

    Bu ölkələrin yaxınlaşması, münasibətlərin müxtəlif aspektlərdə dərinləşməsi həm özlərinin, həm də Qərbin marağındadır

     

    Dünən Tiflisdə Gürcüstan, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə «2014 Tiflis sammiti» adlı zirvə görüşü baş tutub. Verilən məlumatlara görə, sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçirilib, cari və planlaşdırılmış gələcək layihələr müzakirə edilib.

    Qeyd edək ki, sammitin ötən il Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra seçilmiş yeni prezident Marqvelaşvilinin Azərbaycana və Türkiyəyə etdiyi səfərlər zamanı razılaşdırıldığı da yayılan məlumatlar arasındadır. 

    Əslində bu, üç ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində, ilk görüş deyil. Lakin adından da göründüyü kimi, 6 mayda keçirilmiş görüş sammit, yəni zirvə görüşü mahiyyəti kəsb etməklə, dövlətlər arasında əməkdaşlıq baxımından ötən dövr ərzində keçilmiş yolun dəyərləndirilməsi, münasibətlərin gələcək perspektivlərinin müəyyənləşdirilməsi, xüsusilə hazırkı geosiyasi situasiyada strateji tərəfdaş kimi səylərin koordinasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.

    Üçtərəfli formatda müttəfiqliyin, yaxınlaşmanın əsası SSRİ-nin dağılmasından sonrakı ilk illərdən qoyulub. Belə ki, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə yaranmış təhlükə, həmçinin qonşu imperialist dövlətlərin təzyiqləri bu ölkələri həm regional, həm də beynəlxalq müstəvidə əməkdaşlığı sövq edirdi. Türkiyə isə müstəqilliklərinin ilk günündən həm Azərbaycana, həm də Gürcüstana dəstək olub. Digər tərəfdən, qonşu imperialist qüvvələrlə mübarizə şəraitində iki Qafqaz dövləti üçün Türkiyə, bir növ nəfəslik funksiyası həyata keçirib. Türkiyə Azərbaycan və Gürcüstanın müstəqilliyinə daim dəstək verib və onlar üçün Avropaya açılan pəncərəyə çevrilib. 

    Bu isə hər iki Qafqaz respublikasının müstəqilliklərini qoruyub saxlaması və möhkəmləndirməsi üçün mühüm əhəmiyyət kəsb edib. 

    Üç ölkə arasında strateji münasibətlərin dərinləşməsinə səbəb olan əsas nüanslar isə əlbəttə ki, həm region, həm də dünya üçün əhəmiyyətli olan bir sıra mühüm enerji və tranzit layihələridir. 

    Belə ki, 1994-cü ildə Bakıda imzalanmış «Əsrin müqaviləsi» ilə başlanan üç ölkənin yaxınlaşması prosesi zamanla strateji müttəfiqlik səviyyəsinə qalxdı. Azərbaycan neftinin Qərbə çıxarılması üçün çəkilən əsas kəmərlər olan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tiflis-Qars dəmir yolu xətti, son illər imzalanmış TAP, TANAP qaz kəmərləri layihələri üç ölkəni bir-birinə bağlayan mühüm telləri təşkil edir. Bu tranzit layihələr, həmçinin Avropanı da əhatə etməklə Azərbaycan, Türkiyə və Gürcüstanın birgə əməkdaşlığının beynəlxalq əhəmiyyətini də ortaya qoyur. Məlum olduğu kimi, TAP və TANAP layihələrinin reallaşması Avropanın cənubunun qaz ehtiyacını əhəmiyyətli dərəcədə ödəyəcək. 

    Son dövrlər Ukraynada baş verən hadisələrdən sonra Avropanın enerji təchizatı üçün yaranmış təhlükə üç strateji müttəfiqin səyləri nəticəsində ərsəyə gətirilmiş TAP və TANAP layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətini xüsusilə artırmaqdadır. 

    Bu barədə artıq Avropa İttifaqının yüksək çinli təmsilçiləri tərəfindən də bəyanatlar eşidilməkdədir. 

    Bütün bunlar onu göstərir ki, Azərbaycan, Gürcüstan və Türkiyənin yaxınlaşması, münasibətlərin müxtəlif aspektlərdə dərinləşməsi həm tərəflərin, həm də ümumilikdə Qərbin marağındadır. Bu mənada Avropa ölkələri bu üç ölkənin yaxınlaşmasını stimullaşdırmalı və bütün mümkün variantlarla öz dəstəyini nümayiş etdirməlidir. Əks təqdirdə, bölgədə arzuolunmaz qüvvələrin peyda olması və Qərbin də marağında olduğu enerji və tranzit layihələrinin reallaşmasının qarşısının alınması kimi situasiya yarana bilər. 

    Ötən il Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyi ilk dövrlərdə belə bir təhlükənin siqnalını versə də, tezliklə bu təhlükəli tendensiya aradan qaldırıldı. Belə ki, İvanişvilinin liderliyilə hakimiyyətə gəlmiş yeni qüvvələr Rusiya ilə münasibətlərin qaydaya salınması naminə Türkiyə və Azərbaycanın, həmçinin Qərbin maraqlarına zidd bəyanatlar səsləndirməyə başlamışdılar. Lakin sonrakı mərhələdə mövcud reallığı dərk edən və Gürcüstanın bir müstəqil dövlət kimi mövcudluğunun hansı amillərdən asılı olduğunu anlayan yeni gürcü hakimiyyəti də üçtərəfli formatın davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirdi. Hətta əvvəldə deyildiyi kimi, Tiflis sammiti də yeni gürcü hakimiyyətinin təşəbbüsü ilə gerçəkləşdirilib.

    Bu mənada bölgədə Avrointeqrasiya xətti götürmüş, milli maraqlardan çıxış edən, müstəqil siyasət yeritmək qüdrətində olan dövlətlərə, iqtidarlara Qərbdən ciddi dəstək verilməlidir. Əks təqdirdə, yuxarıda qeyd etdiyimiz kimi, antiAvropa əhval-ruhiyyəli qüvvələrin iş başına keçməsi arzuolunmaz proseslərin ortaya çıxmasına gətirib çıxara bilər.

    Digər tərəfdən bu üçlü formatın uğurları digər region ölkələrinin də marağını çəkməyə bilməz. Lakin həmin dövlətlərin də bu formata qoşulması üçün onların mövcud sivil oyun qayda-qanunlarına, normal qonşuluq prinsiplərinə əməl etməsi gərəklidir. Bu prinsiplərə əməl etmədiyi üçün Ermənistanın digər regional əməkdaşlıq müstəvilərində olduğu kimi, bu regional formatdan da kənarda qalması günün reallığıdır. Türkiyə, Azərbaycan və Gürcüstan münasibətlərini dərinləşdirdiyi, ortaq layihələr reallaşdırdığı, yüksək mənfəət əldə etdikləri bir məqamda Ermənistan bütün bunlardan kənarda qalır və nəticə olaraq hansısa dövlətin forpostuna çevrilir, xarici ianələr hesabına yaşamağa çalışır. 

    Bu isə əlbəttə ki, rasional seçim deyil və öz fəsadlarını indidən göstərməkdədir. Əlbəttə ki, gün gələcək erməni xalqı, xüsusilə də gələcək nəsillər Ermənistanın hazırkı liderlərinin səhv qərarlarının hesabını soracaqlar. Çünki həm region daxilində, həm də bölgə ölkələrinin Avropaya inteqrasiya proseslərinin getdiyi indiki şəraitdə Ermənistan bütün bunlardan kənarda qalıb. 

    Tiflisdə keçirilən sammitdəki çıxışında prezident İlham Əliyevin Azərbaycan, Türkiyə və Gürcüstanın həyata keçirdiyi əməkdaşlığın uğurlu olduğunu bildirməsi ilə yanaşı, bunun regional, və qlobal əhəmiyyətini də vurğulamsı üçtərəfli əməkdaşlığın perspektivlərinin də aydın olduğunu deməyə əsas verir: « Beləliklə də, göründüyü kimi, Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı əməkdaşlıq formatı hazırkı dövrdə hər üç dövlətin strateji müttəfiqliyini təmin etməklə yanaşı, gələcək perspektivlər üçün də əlverişli baza təşkil edir. 

     

    Təvəkkül Dadaşov 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 08.05.14 | Baxılıb: 936

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031