Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    “Həmişə Avropa Şurasının və Avropa Parlamentinin mövqeyi üstün olub”

    “Avropa Parlamentinin bir sıra deputatlarının Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair AŞPA-nın və Avropa Parlamentinin müşahidə missiyasının rəyini şübhə altına salması öz həmkarlarına qarşı hörmətsizliyidir”. Bu sözləri Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini Fuad Muradov bəyan edib. 

    Deputat qeyd edib ki, Avropa Parlamentinin bütün siyasi qrupları tərəfindən razılaşdırılımış nümayəndələri Azərbaycanda keçilən prezident seçkilərini izləyiblər və bu müşahidə qrupu Avropa Parlamentinin Beynəlxalq Komitəsinin qərarı əsasında formalaşıb. “Avropa Parlamentinin deputatlarının əksəriyyəti vicdanlı adamlardır. Amma onların arasında erməni lobbisinə işləyən, onların təsiri altında olan, sırf dini mənsubiyyət baxımından Azərbaycanı istəməyən deputatlar da var. Məsələn, onlardan biri cənab Maykl Tannokdur. Bu həmin o deputatdır ki, bütün günü Dağlıq Qarabağın separatçıları ilə Brüsseldə görüş keçirir. Və yaxud Anna Gomes. Portuqaliyanın Sosialist Partiyasından Avropa Parlamentinə seçilən bu deputat ermənilərin Azərbaycana torpaq iddiasını açıq şəkildə dəstəkləyir. Bir sıra avropalı deputatların seçkilərlə bağlı AŞPA, Avropa Parlamenti müşahidə missiyasının rəylərini qəbul etməməsi ilə bağlı mövqeyini başa düşmək olmur” - deyə F.Muradov vurğulayıb. 

    Milli Məclisin üzvünün fikrincə, belə mövqe tutan deputatlar əslində öz həmkarlarına qara yaxırlar. “Gah bizi günahlandırırlar ki, Avropa deputatlarını hansısa əlaqələr hesabına təsir altında saxlayarıq. Gah deyirlər Avropalı deputatların mövqeyi düz deyil. Bu nə deməkdir? Belə çıxır ki, bu adamlar öz deputat həmkarlarını təhqir edirlər. Görünür, bu proses Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərdir” - deyə F.Muradov vurğulayıb. 

    Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olaraq Fuad Muradov İngiltərənin ölkəmizdəki səfiri İrfan Sıddıqın bu günlərdə verdiyi müsahibəsində seçkinin nəticələri ilə bağlı açıqladığı mövqeyinə etirazını bildirib. “Böyük Britaniyanın Azərbaycandakı səfiri deyir ki, izlədiyi məntəqədə səslərin sayılması pis olub. Ola bilsin onun olduğu məntəqədə hansısa problemlər olub. Seçkini müşahidə edən Avropa Şurasının nümayəndə heyətinin rəhbəri cənab Robert Uolter olub. O da İngiltərədəndir. Belə çıxır ki, AŞ PA-da İngiltərəni təmsil edən Uolterin mövqeyi cənab səfirin vecinə də deyil? Bu məsələlərin bəziləri bilməməzlikdən ortaya çıxır. Bəziləri qəsdən bu problemləri şişirdib ortaya qoyurlar. Həmişə Avropa Şurasının və Avropa Parlamentinin mövqeyi üstün olub. İndi nə oldu? Bunlar deyir biz ATƏT-in mövqeyini dəstəkləyirik? Biz də Britaniya KİV-lərində səfir İrfan Sıddıqa ünvanlanmış bir sıra ittihamları oxumuşuq. Amma diplomatik etiketə uyğun olaraq heç bir münasibət bildirməmişik. İndi bütün Azərbaycan üzrə seçkinin nəticələrini şübhə altına almaq hansı diplomatik etiketə sığır? Azərbaycan heç bir ölkənin müstəmləkəsi deyil” - deyə F.Muradov bildirib.

    Deputat qeyd edib ki, bu Azərbaycana qarşı ikili standartın təzahürüdür. “Çox təəssüf ki, Azərbaycanda bəzi daxili qüvvələr də ölkəmizə qarşı aparılan kampaniyada vasitəçi olurlar”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 19.10.13 | Baxılıb: 1093

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031