Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    ABŞ səfiri: "Azərbaycan özünü regional və qlobal aləmdə önəmli rol oynayan müstəqil ölkə kimi təsdiq edib"
    Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində ABŞ-ın Müstəqillik Günü qeyd edilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

     
    Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün Birləşmiş Ştatların 237-ci müstəqillik bayramının qeyd olunduğunu diqqətə çatdıraraq ABŞ-ın müstəqillik tarixi barədə məlumat verib. R.Morninqstar ABŞ ilə Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələrdən də danışıb.
    Səfir qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər mühüm irəliləyişlər əldə edib: "Azərbaycan özünü həqiqətən də regional və qlobal aləmdə önəmli rol oynayan müstəqil ölkə kimi təsdiq edib. 25 il bundan əvvəl kim təsəvvür edə bilərdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq, ABŞ və Azərbaycan əsgərləri Əfqanıstanda çiyin-çiyinə xidmət edəcək, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edəcək?"
    Daha sonra tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ xalqını Azərbaycan hökuməti adından təbrik edib.
    Nazir qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə ABŞ ilə diplomatik münasibətlər qurub və bu günə qədər Birləşmiş Ştatlarla münasibətlərə xüsusi diqqət yetirir. Şərifov deyib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ABŞ-Azərbaycan münasibətlərinə mühüm əhəmiyyət önəm verirdi və bu gün Azərbaycan Prezidenti İlham Əliyev də uğurlu xarici siyasət apararaq ABŞ ilə ikitərəfli münasibətlərə, o cümlədən təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir.
    ABŞ ilə Azərbaycan arasında bu günə qədər 73 sənədin imzalandığını xatırladan S.Şərifov bildirib ki, iki ölkə arasında əlaqələr üçün səmərəli hüquqi baza yaradılıb.
    Nazir, həmçinin qeyd edib ki, bu günə qədər qüvvədə qalan 907-ci düzəliş ləğv olunsa, ABŞ ilə Azərbaycan arasında mövcud olan münasibətlərin inkişafına yeni bir təkan verə bilər.
    S.Şərifov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə danışaraq qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu məsələdə mühüm rol oynayır. Nazir ABŞ-ın Minsk qrupuna daimi həmsədrinin təyin olunmasını arzu edib.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 04.07.13 | Baxılıb: 1035

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031