Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Hacı Allahşükür Paşazadə İrana prezident Mahmud Əhmədinejatla görüşüb
    Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərinin ilk günü prezident Mahmud Əhmədinejatın qəbulu ilə yadda qalıb. ANS-in səfərdə iştirak edən xüsusi müxbirinin məlumatına görə, Hacı Allaşhükür Paşazadə qəbula görə təşəkkürünü bildirib və onda olan əmanəti - Azərbaycan prezidentinin dost və qardaş salamını İran prezidentinə çatdırmağa tələsdiyini deyib. Hacı Allahşükür Paşazadə nümayəndə heyətini təqdim edəndən sonra belə səfərlərin iki ölkə arasında münasibətlərin daha da yaxşılpaşmasında oynadığı rolu qeyd edib. O, bildirib ki, Azərbaycan İranla həmişə dostluq və qardaşlıq münasibətləri qurmaqda maraqlıdır. Bu yolda hər iki ölkənin prezidentlərinin göstərdiyi cəhdlərin əhəmiyyətini bildirən Şeyxülislam fikrini belə bitirib: “Azərbaycanın İranın ancaq dostluq və etibarına ehtiyacı var. İlham Əliyev başda olmaqla Azərbaycan xalqı İrana rifah arzulayır, inkişaf və tərəqqi arzulayır”. Şeyx deyib ki, İran qanunlarına görə, prezident dalbadal iki dəfədən artıq seçilə bilməz. Ona görə də Mahmud Əhmədinejat beş il istirahət edəcəyi dövrdə, onun üçün əlverişli vaxtda Azərbaycana gələ bilər. Burada onu dost və qardaş Azərbaycan xalqı gözləyir. İranın Azərbaycana həmişə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən Şeyxülislam bu cür yardımın Qarabağ davası ilə bağlı tərəfini xüsusi qeyd edib. O, İran xalqına seçkilərdə uğurlar arzulayıb və Allahdan ən doğru olanının baş verməsini diləyib. İran prezidenti Mahmud Əhmədinejat xoş sözlərə görə minnətdarlığını bildirib və öz növbəsində xahiş edib ki, Şeyxülislam onun da salamını cənab İlham Əliyevə çatdırsın. Azərbaycan və Iran arasındakı münasibətləri korlamaq istəyən qüvvələri şeytana işləyən bədxahlar adlandıran İran prezidenti deyib ki, bu arzuda olanlar öz arzularına çatmayacaqlar: “Iran Azərbaycanın inkişafını və güclənməsini istəyir. Əminəm ki, Azərbaycan da Iranla bağlı eyni arzudadır. Azərbaycan xalqı və Azərbaycan dövləti mənim ürəyimdədir və onu heç kim mənim qəlbimdən çıxara bilməz”. İran prezidenti Azərbaycana dəvətə görə təşəkkürünü bildirib və bir daha dostu, qardaşı İlham Əliyevə səmimi salamlarını göndərib. O, İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurların qazanılacağına əminlik ifadə edib: “Əmin olun ki, İran və Azərbaycan həmişə bir-birinə arxa olacaqlar. İran-Azərbaycan əlaqələrini başqa ölkələrlə münasibətlərdən ciddi fərqləndirən cəhətlər var. Bu, din qardaşlığı və məhəbbətdir. Əminəm ki, qardaşım İlham Əliyevin müdrikliyi və çevikliyi iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək”. Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov uzun illər Heydər Əliyevlə birlikdə çalışmış bir şəxs kimi, onun İranla bağlı tövsiyələrini xatırladıb və deyib ki, İlham Əliyev məhz həmin yolu davam və inkişaf etdirir. Görüşdə İran prezidenti Mahmud Əhmədnejata rejissor Vahid Mustafayevin Xocalı soyqırımından bəhs edən "Xoca" filmi hədiyyə edilib.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 19.05.13 | Baxılıb: 813

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031