Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. “Azadinform” xəbər verir ki, Berdimuhamedov telefon görüşməsi əsnasında rus həmkarı Putini ölkəsinə dəvət edib. Rus tərəfinin istəyi ilə keçirilən görüşdə Berdimuhamedov ilə Putin ikitərəfli və regional əlaqələri qiymətləndiriblər. Berdimuhamedov ilə Putin enerji başda olmaq üzrə nəqliyyat, kənd təsərrüfatı, ticarət, turizm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli potensialın olduğu mövzusunda həmfikir olublar. Türkmen lider rus həmkarı Putini uyğun bir zamanda ölkəsinə dəvət edib. Putinin bu dəvəti məmnuniyyətlə qəbul edib.
|