“SOCAR Ukraineâ€� şirkətlər qrupu və “Qarant-Avtoâ€� sığorta şirkəti bir neçə sığorta proqramı üzrə əməkdaşlıq haqqında saziş imzalayıb.  Sazişin şərtlərinə əsasən şirkətin Ukraynadakı bütün əmlakı, habelə “SOCARâ€� brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri 2013-cü ildən etibarən sığortalı müdafiə hüququ əldə etmişdir. KASKO və OSQPO proqrmaları üzrə sığortalama şirkətin minik və yük avtomobilləri parkına, o cümlədən benzin daşıyan maşınlara, yedəkçilərə, təhlükəli yüklərə və obyektlərə şamil ediləcək. “SOCAR Ukraineâ€� və “Qarant-Avtoâ€� gələcəkdə tərəfdaşlıq proqramları və birgə aksiyalar istiqamətində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Qeyd edək ki, “SOCAR Ukraineâ€� şirkətlər qrupu 2009-cu ildən etibarən “SOCARâ€� brendi ilə fəaliyyət göstərən YDM şəbəkəsini inkişaf etdirir. Hazırda şirkətlər qrupu 65 YDM-in aktivlərini idarə edir.
|