Ötən gün İraqda İmam Hüseynin şəhadətinin 40-cı günü münasibətilə keçirilən "Ərbəin" mərasimləri zamanı terror aktları törədilib. Paytaxt Bağdadın cənubunda yerləşən Əl-Müsayib şəhərində avtomobilin partladılması nəticəsində 23 nəfər ölüb, 47 nəfər də yaralanıb.
Avtomobildə kamikadzenin özünü partlatdığı ehtimal edilir. İraq polisi ölən və yaralıların şiə zəvvarları olduğunu bildirir.
|