Penitensiar Xidmətin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü məhkum Əli Bəşirova həyat yoldaşı, Astara rayon sakini Bahar Məmmədovanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zaman orada olan “Üç inəkâ€� pendirinin içərisindən ağ sellofana bükülmüş ümumi xalis çəkisi 2,7 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb. Əli Bəşirov Cinayət Məcəlləsinin 177.2.4; 206.4; 234.4.1; 234.4.3; 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Fakt üzrə araşdırma aparılır.
|