|
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Xocalı soyqırımının on səkkizinci ildönümünün qeyd edilməsi məqsədilə xüsusi Tədbirlər Planı təsdiq olunub. BŞTİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlər planına müvafiq olaraq təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verilib ki, Xocalı soyqırımının on səkkizinci ildönümünün qeyd olunması məqsədilə ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində toplantılar, ədəbi-bədii gecələr keçirilsin, sənədli və bədii filmlər nümayiş etdirilsin, soyqırımın şahidi olanlarla və müharibə veteranları ilə görüşlər təşkil edilsin, “Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidirâ€� mövzusunda inşa yazı müsabiqəsi təşkil olunsun, soyqırıma həsr olunan foto-stendlər, guşələr hazırlansın, divar qəzeti buraxılsın, rəsm sərgiləri təşkil olunsun.
Tədbirlər planında o da qeyd olunub ki, 18-26 fevral tarixlərində təhsil müəssisələrinin əməkdaşlarının və şagirdlərin Xocalı soyqırımı abidəsinə ziyarəti təşkil edilsin. Fevralın 26-da isə ümumtəhsil məktəblərində, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələrində ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr olunsun.
|