|
Dekabrın 3-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) gender bərabərliyi və qeyri-diskriminasiya komitəsinin yığıncağı keçirilib. Komitə üzvləri gündəliyə çıxarılan “Gender bərabərliyi və ailə-iş münasibətləriâ€�, “Cənubi-Şərqi Avropada gender bərabərliyiâ€�, “Avropada ənənəvi milli azlıqların hüquqları və vəziyyətiâ€�, “Milli azlıqların hüquqlarıâ€�, “Qadınların siyasətdə iştirakı və siyasi partiyalar “Qadınlara qarşı zorakılıqâ€� və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Komitədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova məruzəçi təyin olunduğu “Əmək bərabərliyinin yaş diskriminasiyasıâ€� mövzusu üzərində iş, onun beynəlxalq əhəmiyyəti barədə danışıb, həmkarlarını maraqlandıran suallara cavab verib. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya deputat özü verib.
Milli Məclisin üzvü gündəlikdəki mövzular ətrafında gedən qızğın müzakirələrə ölkəmizin mövqeyini bildirib. O “Avropada ənənəvi milli azlıqların hüquqları və vəziyyətiâ€� məsələsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Azərbaycanda çox sayda milli azlıqların yaşadığını, dövlətimizin onların dininin, dilinin, mədəniyyətinin və incəsənətinin inkişafına hərtərəfli qayğı göstərdiyini diqqətə çəkib. Sonda komitə müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul edib.
|