|
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəhbərlik etdiyi struktura bir neçə şəxsin müavin təyin olunması məsələsinə münasibət bildirib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən R.Mehdiyev deyib ki, bu qərar ilk növbədə Administrasiyadakı işin həcminin böyük olması ilə bağlıdır: “Administrasiyada işin həcmi çox böyükdür. Bu qərar digər tərəfdən şöbə müdirlərinin statusu və səlahiyyətlərinin artırılmasıdır. Burada heç bir başqa fikir ortada yoxdur. Sadəcə, işin çoxluğu və vəzifələrin artırılmasıdırâ€�.
R.Mehdiyev qeyd edib ki, müavin təyin olunan şəxslər əvvəlki vəzifələrində də qalıblar.
|