|
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İspaniyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. “KƏLAMİNFOâ€� Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İspaniya nümunəsini gətirərək “PKK silahla təzyiq göstərməsə, BDP səs ala bilməz, elektoratı yoxdurâ€� deyib. Baş nazir BDP-yə “Siyasəti terrorizə edərsən, qarşını kəsərlərâ€� - deyə mesaj göndərib və İspaniyada siyasətlə terroru qarışdıranların siyasətdən uzaqlaşdırıldığını söyləyib. Baş nazir PKK-dan tələblərinin silahların susması deyil, atılması olduğunu deyib: “Silahlar atılmalıdır.
Susmaq deyə bir şey olmaz. Kandildə durursa, dursun. Bizim addımlarımız eyni şəkildə davam edərâ€�.
Baş nazir Suriya ilə bağlı sualın cavabında hazırda açarın Rusiyanın əlində olduğunu deyib və Putinin dekabrın 3-də Türkiyəyə səfər edəcəyini xatırladıb.
Ərdoğan İraq hökumətinin ölkənin şimalındakı gərginliklə bağlı Türkiyəni ittiham etməsinə də münasibət bildirib: “Bunlar xəyaldır. Bizim işimiz-gücümüz yoxdurmu ki, İraqın daxili işləriylə məşğul olaq?â€�
|