|
İsrail ordusu Qəzzadakı bəzi binaların bombalanma görüntülərini yayıb. “KƏLAMİNFOâ€� BBC-yə istinadən xəbər verir ki, ordunun həyata keçirdiyi hücumlar donanma gəmiləri, pilotsuz təyyarələr və raketlərin üzərindəki kameralarla qeydə alınıb. Görüntülərdə “İslami Cihadâ€� təşkilatının komandanlarından Əhməd Nahelin olduğu bildirilən bir evə 2 raket atılması və baş verən güclü partlayışlar əks olunub. Digər bir görüntüdə isə Qəzzadakı “Əl Aksaâ€� televiziyasının binasının damının vurulduğu görünür.
|