|
Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Salamatin Dmitri Albertoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.
Salamatin Dmitri Albertoviç səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Mişenko Aleksandr Pavloviç iştirak edib.
|