|
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, S.Əbiyev yeni səfiri təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə İran ilə Azərbaycan arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda səfir Möhsün Pakayin İranın Azərbaycana təyin edilmiş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib.
|