|
ABŞ dövlət katibi bazar günü Ukraynada keçirilən parlament seçkilərinin tənqidlərinə qoşulub. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, Bosniya paytaxtı Sarayevoda danışan Hillari Klinton seçkiləri demokratiya yolunda “geriyə doğru atılan addımâ€� adlandırıb. Rəsmi nəticələrə görə, prezident Viktor Yanukoviçin hakim partiyası parlamentdəki çoxluğu saxlamaqdadır. Səslərin hesablanan 95 faizinə görə, həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun Vətən Partiyası ikinci yerə çıxıb. ATƏT-in seçki müşahidəçiləri hakim partiyanın dövlət vəsaitlərindən seçkiqabağı kampaniya üçün istifadə etdiyini bildirib. Ukraynanın baş naziri Mıkila Azarov tənqidləri rədd edərək, seçkilərin müşahidə missiyası tərəfindən "pozitiv" adlandırıldığını deyib.
|