“Dağlıq Qarabağın Azərbaycanlı və Erməni icmalarının görüşünün keçirilməsi münaqişənin həllinə müəyyən təsiri olsa da həlledici təsiri yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Kamal Abdalla bildirib.
O qeyd edib ki, bu görüşlərdə Azərbaycan icması bütün həqiqətləri qarşı tərəfə, eləcədə iştirakçılara çatdırır: “Biz erməni tərəfə həqiqətləri söyləyirik, erməni tərəfi susmağa məcbur olur. Bu görüşlər təkcə Ermənistan və Azərbaycan tərəflərinin deyil, digər iştirakçıların da qarşısında baş verir. Erməni ziyalısı bir daha başa düşür ki, ermənilər bundan heç nə udmayıb. Nə udub-udmadıqlarını düşünürlər. Belə fakt qarşısında qalanda daxilən özlərini puç hesab edirlər. Ona görə də belə görüşlər davam etdirilməlidir”.
|